İnformatika fəNNİNİn predmeti. Əsas anlayişlar. İnformasiya öLÇÜ vahiDLƏRİ



Yüklə 173,42 Kb.
səhifə10/14
tarix02.01.2022
ölçüsü173,42 Kb.
#40053
1   ...   6   7   8   9   10   11   12   13   14
MÖVZU 1

Windows-un çatışmayan çəhətləri

Kompüter texnikasında istifadə edilən istənilən proqramın müsbət və ya mənfi cəhətləri olduğu kimi, Windows proqramının da belə xüsusiyyətləri vardır:



  1. Windows-un əsas mənfi cəhəti ondan ibarətdir ki, yuxarıda göstərilən müsbət cəhətləri əldə etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq lazımdır. Qrafik interfeys, miqyaslı şriftlərin əldə edilməsi, mürəkkəb məsələlərin həlli və s. güclü mikroprosessorun olmasını, əməli yaddaşın və disk sahəsinin genişləndirilməsini tələb edir. Baxmayaraq ki, Windows ilə işləmək üçün formal olaraq əməli yaddaş 2 Mbayt, sərt diskdə isə tutumu 10-12 Mbayt olan 80386 mikroprosessoru kifayətdir. Həqiqətdə isə bu işi yerinə yetirmək üçün əməli yaddaşı 4 Mbayt-dan, sərt diskdə yaddaşı 40 Mbayt-dan az olmayan 80486 mikroprosessorundan istifadə etmək əlverişlidir. Kompüterdə Windows və Windows əlavəsi ilə rahat işləmək üçün əməli yaddaş 8 Mbayt, sərt disk yaddaşı isə 80-100 Mbayt-dan az olmayan 80486 mikroprosessorundan istifadə etmək lazımdır.

2. Windows-un digər mənfi cəhəti DOS-a nisbətən istənilən məsələnin həllinə vaxtı çox sərf etməsidir. Məsələn, DOS proqramı kompüterdə məsələni həll etmək üçün Windows-dan 1.5-2 dəfə tez işləyir.

3. Windows əslində çoxməsələli sistem deyil:

a) Bir məsələnin həlli üçün lazım olan proqram bütün Windows proqramlarından asıh olur;

b) Əməli və disk yaddaşın böyük tutuma malik olmasına baxmayaraq, Windows 3-4 sayda proqramı eyni vaxtda həll edə bilmir;

4. İstənilən proqramın xarici qurğularla işləməsi birbaşa Windows-da həyata keçirilir, bəzi hallarda isə xarici qurğularla intensiv işləyən proqramlar üçün bu hal qəbuledilməzdir.

Bütün göstərilən mənfi cəhətlər Windows-un qiymətini heç də aşağı salmır və onu göstərir ki, Windows heç də universal proqram deyil.



Xidməti proqramlara aşağıdakılar aiddir:

-antiviruslar;

-interfeys proqramları;

-fayl, kataloq və qovluqlarla işləmə proqramları;

- arxivləşdirmə proqramları;

- proqram örtükləri;

- qurğuların iş qabliyyətini yoxlayan proqramlar;

-qurğuları idarə edən proqramlar- drayverlər;

-köməkçi proqramlar.

Xidməti proqramlar aşağıdakı köməkçi funksiyaları yerinə yetirə bilir:

-kompüteri diaqnostika edərək nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;

-arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP? WINRAR);

-antivirus proqramlar kompüterin viruslrla yoxlanmasının qarşısını alır və əmələ gələn virusları arada götürür (NOD32, Антивирус Касперского və s.).


Yüklə 173,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin