Tətbiqi proqramlar
Fəaliyyətin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. Təbiqi proqramlar iki hissədən ibarətdir:
-tətbiqi proqramlar paketi (TPP);
-standart proqramlar kitabxanası.
TPP müəyyən sinif məsələləri həll etmək üçün nəzərdə nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur.
Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, və sair bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:
mətn redaktorları- kompüterdə mətnlərin nhazırlanması üçün (WordPad, Microsoft Word);
cədvəl prosessorları- cədvəl verilənləriri emalı üçün (Lotus 1-2-3, Microsoft Excel);
nəşriyyat sistemləri- nəşriyyat sənədlərinin hazırlanması üçün (PageMarker? QuarkXpress);
verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS) (Microsoft Access);
təqdimatların (prezentasiyaların) hazırlanması üçün (Microsoft Power Point);
iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Финэксперт, Бухгалтерия 1С);
qrafik sistemlər- şəkillərin, animasiyaların, videofilmlərin hazırlanması üçün (Presto! Mr. Photo);
verilənlərin statistik təhlili proqramları (SPSS, Statistika);
öyrədici proqramlar, kompüter oyunları, tərcümə proqramları və s. (Polyqlot, PROMT).
MÖVZU : ALQORITMLƏŞDIRMƏ
Dostları ilə paylaş: |