Alqoritm, verilmə üsulları, növləri və xassələri:
Məsələnin həlli zamanı ilkin və aralıq verilənlərin emalı prosesini birqiymətli təyin edən yazılışların son ardıcıllığına alqoritm deyilir. Alqoritmin üç verilmə üsulu mövcuddur. Bunlar nəqli, Qrafik və proqram üsuludur. Proqram üsulu ilə alqoritmin verilməsi məqsədilə alqoritmik dillərin hər hansı birində tərtib olunmuş proqramdan istifadə olunur. Alqoritmin nəqli üsulla verilməsi məqsədilə adi danışıq dilindən və yazılış qaydalarından istifadə olununr. Alqoritmlərin qrafik üsulla verilməsi məqsədilə blok-sxemlərdən istifadə olunur. Blok-sxem əvvəlcədən ciddi təyin olunmuş həndəsi fiqurların təsviri ardıcıllığıdır. Blok-sxemlə alqoritmi təsvir etmək məqsədilə bloklardan istifadə olunur. Bloklar aşağılakılardır:
-prosesin başlanğıcı və sonu bloku;
yerinə yetirmə və ya hərəkət bloku;
verilənlərin klaviaturadan daxil edilməsi bloku;
-şərti və ya məntiqi blok;
çap qurğusuna çıxış bloku;
-monitora və ya displeyə çıxış bloku;
Blok- sxem tərtib edərkən ayrı-ayrı bloklar bir-biri ilə istiqmətlənmiş jxlarla prosesin gedişatı istiqamətində birləşdirilir.
Alqoritmin üç əsas növü vardır. Bunlar xətti strukturalı, budaqlanan strukturalı və dövri strukturalı alqoritmlərdir. Xətti strukturalı alqoritm elə alqoritmə deyilir ki. ondakı yazılışların ardıcıllığı ilə yerinə yetirmə ardıcıllığı qarşılıqlı birqiymətli uyğun olur.
Əgər alqoritmin yerinə yetirilməsi hər hansı şərtdən asılı olaraq şaxələnirsə onda belə alqoritm budaqlanan alqoritm adlanır.
Bir çox proseslərin yerinə yetirilməsi eyni parametrin müəyyən qaydada təyin edilmiş müxtəlif qiymətlərdə hesablanır. Buna görə də dövri proses əmələ gəlir. Dövrlər sadə. Yəni yalnız bir parametrdən asılı və bib-birindən asılı olan parametrlərdən asılı olan bib-birinə daxil olan dövrlər ola bilərlər. Belə proseslərə uyğun olan alqoritmlər dövri alqoritmlər adlanırlar.
Alqoritmlərin aşağıdakı 4 əsas xassəsi var. Bunlardan birincisi müəyyənlik xassəsidir. Müəyyənlik dedikdə alqoritm elə tərtib olunmalıdır ki. onun təsvir etdiyi proses tamlığı ilə aydın olmalıdır.
İkinci xassə alqoritmin diskretlik xassəsidir. Yəni hər bir alqoritm ayrı-atrılıqda yerinə yetirilə bilən addımlardan ibarət olmalıdır.
Alqoritmin üçüncü xassəsi onun nəticəvilik xassəsidir. Belə ki, hər bir alqoritm son nəticənin alınmasını təmin etməlidir.
Dördüncü xassə alqoritmin kütləvilik xassəsidir. Yəni tərtib olunan hər bir alqoritm eyni qəbildən olan məsələlərin həlli üçün istifadə olunma imkanına malik olmalıdır.
Dostları ilə paylaş: |