MS-DOS əməmliyyat sistemi
MS-DOS ƏS-i İBM PC kompüterləri ilə eyni vaxta yaradılmış və 16 mərtəbəli mikroprossesorlar üzərində qurulmuş FK-larda istifadə edilir.
MS-DOS ƏS-inin 1981-ci ildə ilk versiyası yaradılıb. 1987-ci ildə bu ƏS-nin 3.3 versiyası yaradılır və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompüterlər üçün sonralar MS-DOS ƏS-nin 5.0 və 6.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın 640 KB-dan çox tutuma, maqnit disklərinin isə 32 MB-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0 versiyası rezerv proqramlar yaratmağa diskdəki sıxılmış informasiylardan və antivirus proqramlarından istifadəyə imkan verdi. Hazırda MS-DOS 6.20 versiyası istifadə edilir.
MS-DOS ƏS-i ilə uzlaşan PS DOS və Digital Research firmasının DR DOS ƏS-lərinin 6.0 və 7.0 versiyalarından istifadə edilir. Onların çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə uzlaşmamasıdır.
MS-DOS ƏS kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı olub, yaddaşın proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdirilməsini, kompüter avadanlıq və qurğularının (klaviatura, displey, sərt disk, disk sürücüləri) daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir.
MS-DOS ƏS-i minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin vahid proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlauyarkən iki prinsipə üstünlük verilmişdir:
MS-DOS-un ilkin və sonrakı versiyaları üçün tərtib edilmiş proqramlar arasında uzlaşma olmalıdır;
MS-DOS-un istənilən versiyası İBM və onunla uzlaşan istənilən kompüterlər ilə işləmə imkanına malik olmalıdır.
Hazırda əməliyyatlar sistemindən geniş istifadə MS-DOS ƏS-nin əhəmiyyətini heçə endirmir. Belə ki:
-çoxlu sayda yaradıcı sahələrə aid MS-DOS-da tərtib edilən proqramlar müvəffəqiyyətlə istifadə edilir. Onların yenidən işlənməsinə və lazımi effektin alınması həmişə mümkün deyil;
- Windows ƏS və onun müxtəlif versiyalarında baş verən nasazlıqların aradan qaldırılmasında MS-DOS-dan istifadə edilir.
MS-DOS ƏS-nin üstün cəhətləri bunlardır:
-geniş imkanlı əmrlər sisteminə malikdir;
-fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü;
-çoxsəviyyəli kataloqların təşkil olunma imkanları;
- əlavə qurğuları qoşarkən onların idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması imkanı;
-istifadəçilərlə dialoqla məsələlərin həlli;
MS-DOS ƏS-i modul prinsipi ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır:
-Giriş-çıxış baza sistemi (BİOS)- kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm də proqram vasitələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və xaricetmə ilə əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir.O, həmçinin yaddaşın işini yoxlayır, ƏS-nin yüklənməsi üçün lazım olan proqramı hazır vəziyyətdə saxlayır;
-ƏS-nin yükləyicisi, ilkin yükləmə proqramı (boot record)- bu qısa proram olub sistem diskinin birinci sektorunda yerləşir. Onun vəzifəsi DOS və onun digər iki modulunun yaddaşa yüklənməsi prosesini tamamlamaqdır;
-Disk faylları- İO,SYS və MSDOS,SYS. Disk faylları ƏS-nin yükləyicisi tərəfindən yüklənir və kompüter yaddaşında daimi qalırlar;
- COMMAND,COM əmrlər prosessoru sistem diskinin istənilən yerində saxlanıla bilər. O, istifadəçi tərəfindən verilən əmrləri təhlil edir. Əmrə uyğun proqramı tapıb yükləyir, iş tamam olduqdan sonra həmin proqramı yaddaşdan silir və növbəti hal üçün hazır vəziyyəti alır;
- DOS-un xarici əmrləri-utilitlər . Disklərin yoxlanması, formatlaşdırılması (FORMAT.COM), çapın təşkili (PRİNT.COM) kimi əməliyyatların yerinə yetirilməsini təmin edirlər;
Qurğuların idarəedici proqramları olan drayverlər. Bu drayverlər kompüterin yaddaşına köçürülür və onların adları CONFİG.SYS faylında göstərilir.
Dostları ilə paylaş: |