İ N F O R M A T İ K A
____________________________________________________________ 7
G İ R İ Ş
Hesablama texnikasının sürətli inkişafı və geniş yayılması
yeni elm
sahəsinin - informatikanın meydana gəlməsi üçün zəmin yaratdı. Hazırda
bütün dünyada ən dinamik inkişaf edən qabaqcıl
texnologiyalardan biri
informasiya texnologiyasıdır. Günbəgün dəyişən
və sürətlə inkişaf edən
informasiya texnologiyası mütəxəssisdən
böyük çeviklik və daim bu
texnalogiyaya uygunlaşmağa hazır olmaq tələb edir. Kompüter texnikasının
ildən-ilə belə sürətlə inkişaf etməsi bu qənaətə gəlməyə imkan verir ki, XXI
əsrin əvvəllərindən bütün inkişaf etmiş ölkələrdə informasiyanın
saxlanılması yalnız kağızsız texnologiyaya əsaslanacaq.
İnformatika informasiyanın çevrilməsi haqqında elm olub, hesablama
texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və
fəaliyyəti haqqında bilik verir. Bu biliklər informasiyanın yığılması, emalı,
ötürülməsi və istifadəsini hesablama texnikasının tətbiqi ilə əlaqələndirir.
Hesablama texnikasının tətbiqi də öz növbəsində yeni insan-maşın
texnologiyasını əhatə edir.
İqtisadiyyatın idarə edilməsi prosesində informatikanın rolu
əvəzedilməzdir. İnformatika bir elm sahəsi
kimi öyrənilən hadisənin
informasiya modeli qurulduqdan sonra öz imkanlarını reallaşdıra bilir.
İnformatika bu modelin qurulmasının ümumi metodoloji prinsiplərini işləyib
hazırlayır.