İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə115/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   111   112   113   114   115   116   117   118   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

YUVALARIN TƏYİNATI 
Noutbuklarda istifadə olunan yuvaların formaları ilə yanaşı təyinatları da 
müxtəlifdir. Şəkildə noutbukun yan tərəfində istifadə edilən yuvalar dəsti 
göstərilmişdir. Hər bir yuvanın özünəməxsus təyinatı vardır. Məsələn, noutbuka 
əlavə monitoru qoşmaq üçün qoşucu kabelin bir ucunu monitorun yuvasına, digər 
ucunu isə noutbukun yan tərəfindəki yuvaya qoşmsq lazımdır. 
Bəzən video aparatların noutbuka qoşulmasından istifadə edilir. Bu 
məqsədlə xüsusiləşdirilmiş yuvalardan istifadə edilir. Belə yuvalar IEEE 1394 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
148 
standartına uyğundur. Bununla yanaşı FireWire və ya i.Link yuvalarından da geniş 
istifadə olunur. 
Əgər istifadəçi ona məxsus videokameranı noutbuka qoşmaq istəyirsə, bu 
məqsədlə IEEE 1394 portundan istifadə etməsi məsləhətdir. İndiki zamanda 
istehsal olunan əksər noutbuklarda belə standart yuvalar mövcuddur. IEEE 1394 
portunun iki standartından: dördkontaktlı və altıkontaktlı istifadə edilir. 
Müasir noutbuklarda şəbəkə yuvaları öncədən quraşdırılır. Yuva hesablama 
şəbəkəsi kabelinin ştekerinin qoşulmasına qulluq edir. Şteker noutbuka qoşulan 
zaman yüngül çıqqıltı eşidilir. Ştekeru noutbukdan ayımaq üçün onun üzərindəki 
qulpu yüngülcə sıxmaq kifayətdir. 
Müxtəlif tip noutbuklarda quraşdırılmış müxtəlif təyinatlı yuvalar 
Bəzi hallarda noutbukda olan informasiyanı – təsviri kabel vasitəsi ilə 
televizora ötürmək lazım olur. Bunun üçün istifadəçi mütləq qoşucu kabel əldə 
etməlidir. Əgər Sizin istifadə etdiyiniz televizorda S-Video çıxışı varsa, onda 
uclarında S-Video ştekerləri olan kabeldən faydalanmaq olar. Əgər televizorda 
belə çıxış yoxdursa (bu çox təsadüf edilir), onda uclarında kecidləri (perexodnik) 
olan kabellərdən istifadə etmək məsləhətdir. 
Noutbuklara universal yuvalar quraşdırılır. Belə yuvalara COM-portu, LPT-
portu və USB portu aiddir. Müasir noutbuklarda ancaq USB portlarından istifadə 
olunur. USB portu COM- və LPT-portlarından daha gec istehsal olunmuşdur. 
İndiki zamanda əksər periferiya qurğuları kompüterlərə bu portun vasitəsi ilə 
qoşulur. Qoşulma üçün istifadə oluna kabel ya qurğu ilə birlikdə, ya da ayrıca 
satılır. 
Nəzərə almaq lazımdır ki, noutbukla işləyən zaman bəzi periferiya 
qurğularının USB portu vasitəsi ilə noutbuka qoşulması tam təhlükəsizdir (belə 
qurğuya Flash-Drave misal gətirmək olar). İstifadəçi noutbukda işləyən zaman 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin