İ N F O R M A T İ K A
____________________________________________________________ 151
F Ə S İ L VII. SAY SİSTEMLƏRİ
SAY SİSTEMLƏRİ VƏ ƏDƏDLƏRİN TƏSVİR FORMALARI
Keçmiş dövrlərdən ədədləri işarə etmək və
onlar üzərində əməliyyatlar
aparmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə olunmuşdur. Say, miqdar
bildirmək və təsvir etmək üçün istifadə olunan işarələr və üsullar toplusu say
sistemi əmələ gətirir. Say (hesablama) sistemi
ədədlərin rəqəmlər adlanan
məhdud simvollar əlifbası vasitəsi ilə ifadə olunması üsuludur. Say sistemi
kodlaşdırılmanın bir üsuludur. Müəyyən əlifba vasitəsi ilə müəyyən üsullarla
yazılan sözə kod, kodun alınma prosesinə isə kodlaşdırma deyilir.
Əsasən iki cür, mövqeli və mövqesiz say sistemindən istifadə edilir.
Mövqesiz say sistemlərində hər bir ədəd simvolların (rəqəmlərin) müəyyən
yığımı ilə ifadə olunur. Burada ədədi təşkil edən rəqəmlərin qiymətləri onların
tutduğu yerdən (mövqedən) asılı olmur və hesab əməlləri
mürəkkəb qaydalarla
aparılır. Bu say sistemlərinə 2 500 min il bundan əvvəl Qədim Romada istifadə
olunan Rum say sistemini, Əlifba say sistemlərini misal göstərmək olar.
Mövqesiz say sistemində rəqəmin qiyməti onun
qrafik təsviri ilə müəyyən
edilir və onun mövqeyindən (və ya durduğu yerdən) asılı deyil.
Rum say sisteminin əsasında 1 (bir barmaq) – 1 ədədi üçün, V (açılmış
ovuc) – 5 ədədi üçün, X (iki açılmış ovuc) – 10 ədədi üçün istifadə edilmişdir.
100, 500 və 1000 ədədlərini təsvir etmək üçün isə uyğun olaraq latın
dilində
onların adlarının (Centum – yüz, Demimille – beş yüz, Mille – min) baş
hərflərindən istifadə edilmişdir.
Məsələn:
I=1, V=5, X=10, L=50, C=100, D=500, M=1000.
Romalılar ədədi təsvir etmək üçün onu minliklərin, yüzlüklərin, onluqların,
təkliklərin cəmi şəklində yazırdılar.
Məsələn, 28 ədədi bu şəkildə təsvir olunurdu:
XXVIII = 10 + 10 +5 + 1 + 1 + 1
Aralıq ədədləri təsvir etmək üçün romalılar yalnız
toplamadan deyil,
həmçinin fərqdən də istifadə etməyə başladılar. Belə bir qayda tətbiq olunurdu:
böyük işarədən sağda yerləşən hər bir kiçik işarə onun qiymətinin üzərinə
gəlinirdi, böyük işarədən solda yerləşən hər bir kiçik işarə isə həmin ədəddən
çıxılırdı.
Məsələn, IX – doqquzu, XI – on biri ifadə edirdi.
Beləliklə, Rum ədədlərini belə ardıcıllıqla yazmaq olar: