İ N F O R M A T İ K A ____________________________________________________________
162
ərəfədə hind rəqəmlərindən ərəb ölkələrində də istifadə etməyə başlayırlar.
Məhəmməd əl-Xörezminin riyazı məsələləri tənliklərin köməkliyi ilə həll
etmək üçün yazdığı kitab təxminən 850-ci ildə çap olunmuşdu. Alim kitabı “Kitabi
əl-Cəbr” adlandırmışdı. Kitab bu sahəni araşdıran elmin Cəbr adlandırılmasının
təməlini qoyur.
Alqoritmin əsas xüsusiyyəti qoyulmuş məqsədə çatmaqdır. Maşın üçün
yazılmış alqoritm
proqram adlanır. Kompüter proqramla işləyir. Proqramı
olmayan məsələnin maşında həlli mümkün deyil.
Müasir dövrdə kompüterlərin saniyədə milyardlarla əməliyyatlar aparmasına
baxmayaraq məsələlərin kompüterdə həlli prosesi hələ də mürəkkəb bir proses
olaraq yenə də qalmadadır. Bu prosesdə istifadəçi kompüterlə dialoq rejimində
işləyir, yəni kompüterlərin tərkibində səsi və qrafikanı emal edən qurğuların
olmasına baxmayaraq istifadəçi məsələnin şərtini oxumaq və ya qrafiki şəkildə
göstərməklə qarşıya çıxan bütün məsələlərin həllini tamamilə kompüterin köməyi
ilə həll edə bilmir.
Kompüterdə məsələlərin həlli aşağıdakı mərhələlər ardıcıllığı ilə aparılır:
məsələnin qoyuluşu;
həll alqoritminin seçilməsi və alqoritmin blok-sxem təsviri;
alqoritmin hər hansı bir alqoritmik dildə (Paskal, TurboPaskal, Fortran,
Beysik və s.) təsviri (ilkin modulun yaradılması);
ilkin modulun translyasiyası (maşın dilinə çevrilməsi), redaktə edilməsi və
yükləyici modula çevrilməsi;
yükləyici modulun kompüterdə icrası, nəticələrin alınması və təhlili.
Müəyyən tip məsələlərin həllində bu mərhələlərdən bəziləri yerinə
yetirilməyə də bilər (məsələn, sistem proqram təminatının yaradılmasında
məsələnin riyazi təsviri bir çox hallarda tələb olunmur).
Göstərilən mərhələlər bir-biri ilə əlaqəlidir. Məsələn, nəticələrin təhlili
proqramda və hətta məsələnin qoyuluşunda müəyyən dəyişikliklərin aparılmasına
səbəb ola bilər. Bu cür dəyişikliklərin sayını azaltmaq üçün hər mərhələdə sonrakı
mərhələlərin tələblərinin mümkün qədər nəzərə alınması lazımdır. Bəzi hallarda
müxtəlif mərhələlər arasındakı əlaqələr o qədər sıx olur ki, (məsələnin qoyuluşu
ilə həll üsulunun seçilməsi, alqoritmin və proqramın yaradılması mərhələləri və s.)
onları bir-birindən ayırmaq çətin olur.