İ N F O R M A T İ K A ____________________________________________________________
172
Ümumiyyətlə, proqram təminatı
dedikdə hesablama texnikası vasitələrinin
tətbiqi ilə məlumatların təhlili sisteminin yaradılması və işlənməsi üçün
proqramların və sənəd vasitələrin məcmusu nəzərdə tutulur.
Proqram təminatının yerinə yetirilmə funksiyasından asılı olaraq onu iki
qrupa bölmək olar:
Sistem proqram təminatı (SPT) və Tətbiqi proqram təminatı (TPT)
. Sistem proqram təminatı kompüterdə informasiyanın işlənməsi prosesini
təşkil edir. Mahiyyətinə görə o proqram idarəetmə qurğusudur, bəzən onu
kompüterin bir hissəsi hesab edirlər.
Tətbiqi proqram təminatı tətbiqi məsələləri həll etmək üçün lazım olan
proqramlar yığımından ibarətdir. Bu cür proqramların seçilməsi həll ediləcək
məsələlərin xarakterindən asılıdır (məsələn, iqtisadi, texniki və s.). Sistem proqram təminatı kompüterdə informasiyanın işlənməsi prosesinin
təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir.
Sistem proqram təminatına aşağıdakıları aid etmək olar:
Əməliyyat sistemləri – informasiyanın işlənməsinin idarə olunması ilə
yanaşı aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Əməliyyat
sistemlərinin əsas funksiyalarından biri informasiyanın daxiletmə/xaricetmə
prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi
proqramın idarə edilməsidir. Əməliyyat sistemləri lazım olan proqramı kompüterin
yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir.
SİSTEM PROQRAM TƏMİNATI
Birməsələli
ƏS
Əməliyyat
sistemləri
Çoxməsələli
ƏS
Şəbəkə
ƏS
Test proqramları
Texniki xidmət
proqramları
Xüsusi nəzarətçi
Örtüklər
Servis
proqramlar
Utilitlər
Antivirus
vasitələri
Kompilyatorlar
Proqramlaşdırma
sistemləri
İnterpretatorlar
Assemblerlər