İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə128/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   124   125   126   127   128   129   130   131   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
166 
dövri proses bloku 
məntiqi şərt bloku 
əvvəldən hazırlanmış alqoritmlərdən və ya 
proqramlardan istifadə olunma bloku 
Blok-sxemlərdə hesablama və məntiq blokları üstünlük təşkil edir. Birinci tip 
bloklarda hesablama proseduraları yerinə yetirilir, ikinci tip bloklarda isə müəyyən 
məntiqi şərtlər yoxlanılır. Hesablama proseduralarını müxtəlif formada göstərmək 
olar. Əgər hesablama kiçik düsturla ifadə olunursa, onu blok daxilində yazırlar. 
Əgər düstur böyükdürsə, onda prosedura blokda şərti simvol (ədəd və ya söz) ilə 
göstərilir və blok-sxemin altından isə onun mənası izah edilir. 
İstənilən məsələ “Başlanğıc” və “Son” blokları arasında təsvir edilir.
Hesablama blokları (düzbucaqlılar da deyilir) və məntiqi şərti bloklar (keçid 
bloku da adlanır və ya romblar da deyilir)
blok-sxemdə əsas bloklardan, istifadə 
edilmə məqsədlərinə və aralarındakı əlaqə və formalarına görə bir-birindən 
əhəmiyyətli dərəcədə fərqlənirlər. Sadə hesab əməllərindən ibarət olan 
hesablama prosesində əməllər bir-birinin ardınca yerinə yetirilir və blok-sxemlər 
düzbucaqlı şəklində təsvir olunur.
Müəyyən bir məntiqi ifadənin doğru olub-olmadığından asılı olaraq 
alqoritmin davametmə istiqamətinin seçilməsi romb bloku vasitəsilə təsvir olunur. 
Romb bloku bir girişli və bir neçə çıxışlı ola bilər. Bu blok daxilində yazılmış 
məntiq ifadəsinin doğru olub-olmadığından asılı olaraq hesablama prosesi iki və 
daha çox qollara ayrıla bilər. Başqa sözlə şərt bloku ondan sonra hesablama 
prosesinin hansı istiqamətdə gedəcəyini aydınlaşdırır. 
Maşında məsələni həll etmək üçün tərtib edilmiş alqoritm maşın alqoritmi və 
ya proqram adlanır. 
Alqoritmin proqramlaşdırma
 
dili
(proqram) vasitəsilə təsviri adi 
təsvirdən onunla fərqlənir ki, burada maşının yerinə yetirəcəyi hər bir kiçik 
əməliyyat müəyyən əmrlərlə verilməlidir, yəni proqramlaşdırma dili vasitəsilə 
təsvir çox dəqiq olmalıdır, çünki kompüter ancaq ona verilmiş proqramdakı 
əmrləri yerinə yetirir. Çox vaxt proqramı yazmazdan əvvəl məsələnin həll 
alqoritmi blok-sxem şəklində (əyani olmaq üçün) təsvir edilir, sonra isə uyğun 
proqram yazılır. Blok-sxemdən proqrama keçərkən hər bir blok bir neçə əmr 
hə 
yox 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin