İ N F O R M A T İ K A ____________________________________________________________ 173
Əməliyyat sistemləriyerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:
birməsələli (bir istifadəçi üçün);
çoxməsələli (çox istifadəçi üçün);
şəbəkə.
Birməsələli əməliyyat sistemləri müəyyən anda konkret bir məsələ ilə bir
istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip əməliyyat sistemlərinə nümumə
kimi Microsoft firması tərəfindən yaradılan MS-DOS əməliyyat sistemini göstərmək
olar.
Çoxməsələli əməliyyat sistemləri kompüterdə mültiproqram rejimdə vaxt
bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip əməliyyat sistemlərinə UNIX,
OS/2, Windows 7/8/10 və s. misal göstərmək olar.
Şəbəkə əməliyyat sistemləri lokal və qlobal şəbəkələrin meydana gəlməsi
ilə əlaqədar yaranmışdır və şəbəkənin bütün resurslarına istifadəçi müraciətini
təmin edir. Bu əməliyyat sistemlərinə Novell Net Ware, Windows NT, Banyan
Vines, IBM LAM, UNIX, Solaris və s. misal göstərmək olar.
Servis proqramlar adi kompüterlə işləyən zaman ona əlavə xidmətlər
göstərir və əməliyyat sisteminin imkanlarını genişləndirir.
Servis proqramları aşağıdakı əsas funksiyaları yerinə yetirir:
istifadəçi interfeysinin təkmilləşdirilməsi;
məlumatların (verilənlərin) mühafizəsi;
məlumatların bərpası;
xarici yaddaşla operativ yaddaş arasındakı informasiya mübadiləsinin
sürətləndirilməsi;
arxivləşdirmə və ya sənədi arxivdən çıxarmaq;
kompüter virusları ilə mübarizə.
Servis proqramları təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri
funksiyalara görə aşağıdakı qruplara bölünür:
örtük proqramları;
utilitlər;
antivirus proqramları.