Texniki xidmət proqramları kompüterin düzgün işləməsinə nəzarət
etməklə yanaşı nasazlıqları da aşkar etmək üçün istifadə olunur. Kompüterin işinə
nəzarət etmək üçün müxtəlif üsullar mövcüddür. Bu üsullardan bəziləri
kompüterin aparat vasitələrilə, bəziləri aparat-proqram vasitələrilə, bəziləri isə
proqram vasitələrilə həyata keçirilir. Proqrama nəzarət test proqramları və xüsusi
nəzarət proqramları vasitəsilə həyata keçilirir. Testlə yoxlama kompüterin və
onun ayrı-ayrı bloklarının işini yoxlayan test-proqramlar vasitəsilə yerinə yetirilir.
Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır
və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşür.
Xüsusi nəzarət proqramları kompüterdə məsələlərin həlli üçün tətbiq
olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin,
asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. Bütün hallarda
nasazlıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında məlumat ekrana
çıxır və ya çap qurğusuna ötürülür.
TƏTBİQİ PROQRAM TƏMİNATI, İNKİŞAF MEYLLƏRİ İqtisadi informasiyanın işlənmə texnologiyalarının tətbiqi, proqram
təminatının başlıca təyinatı, istifadəçinin konkret məsələləri işləyib hazırlamasını
və yerinə yetirməsini həyata keçirməkdən ibarətdir. Tətbiqi proqram təminatının
təsnifat sxemi aşağıdakı kimidir.
Tətbiqi proqram paketləri istifadəçi tərəfindən həll edilən məsələnin
avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq istifadəçini
informasiyanın işlənməsində kompüterin bu və ya digər funksiya və
proseduralarının necə yerinə yetirilməsini bilməkdən azad edir. Hal-hazırda öz
funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli
tətbiqi proqram paketləri mövcuddur.
Tətbiqi proqram paketləri müəyyən olunmuş sinif məsələlərin həlli üçün
təyin olunmuş kompleks proqramdır.
Bir-birindən fərqli tətbiqi proqram paketləri mövcuddur:
ümumi təyinatlı (universal);
üsulyönlü;
problemyönlü;