İ N F O R M A T İ K A
____________________________________________________________ 177
proqrama çevirmək üçün
translyator
adlanan xüsusi proqramlardan istifadə
olunur.
Translyatorlar iki yerə bölünür:
İnterpretator
ilkin proqramın cümlələrini bir-bir təhlil edib, kompüter
dilinə çevirir və icra edir. Növbəti operatorun işlənməsindən sonra o digər
operatora keçir. Sonuncu operatorun işləməsindən sonra interpretasiya prosesi və
proqramın icrası başa çatır. İnterpretasiya üsulu ilə proqramın kompüter dilinə
çevrilməsi və icrası ləng gedir.
Kompilyator
interpretatordan fərqli olaraq, ilkin proqramı bütövlükdə
maşın dilinə çevirir. Proqramda morfoloji və sintaksis səhvlər olarsa, onları aşkar
edib, istifadəçiyə xəbər verir. Səhvlər düzəldildikdən sonra kompilyasiya yenidən
təkrar oluna bilər, ya da saxlanmaq üçün xarici yaddaşa köçürülə bilər.
Beləliklə, proqramın sazlanması zamanı interpretatordan istifadə etmək,
sazlanmış proqramı isə kompilyator vasitəsilə işləmək məqsədəuyğundur.
İstifadə olunan dilin strukturuna, formallaşdırma səviyyəsinə və vəzifəsinə
uyğun olaraq proqramlaşdırma sistemləri aşağıdakı siniflərə bölünür:
maşınyonlü sistemlər;
proseduryönlü sistemlər;
problemyönlü sistemlər;
köməkçi sistemlər.
Dostları ilə paylaş: