İ N F O R M A T İ K A ____________________________________________________________ 183
Hüquq sisteminin tətbiqi proqram paketləri böyük həcmli qanunlarla
səmərəli işləmək üçün nəzərdə tutulub. İqtisadi cəhətdən inkişaf etmiş bir çox
ölkələrdə hüquq sisteminə dair proqram paketlərindən geniş istifadə edilir.
Qlobal şəbəkələrin tətbiqi proqram paketlərinin əsas vəzifəsi
istifadəçinin ərazilər üzrə paylanmış ümumi şəbəkə resurslarına, verilənlər
bazasına müraciət, məlumatların ötürülməsini və s. rahat və etibarlı təmin
etməkdən ibarətdir. Elektron poçtu, telekonfrans, elektron elanlar lövhəsinin
təşkili, həmçinin müxtəlif qlobal şəbəkələrə informasiyanın gizli ötürülməsini
təmin etmək üçün standart tətbiqi proqram paketlərindən istifadə olunur.
Qlobal İnternet şəbəkəsinin standart tətbiqi proqram paketlərinə
aşağıdakıları misal göstərmək olar:
naviqasiya və müraciət vasitəsi – Netscape Navigator, Microsoft Internet
Explorer və s.;
elektron poçtu (e-mail), məsələn Eudora, MS Outlook və s.
Bank fəaliyyətində məlumatların tətbiqi proqram paketləri geniş yayılıb.
Bunlara SWIFT, Sprint, Reuters-i misal göstərmək olar.
Tətbiqi proqram təminatının inkişafının əsas meylləri mütərəqqi informasiya
texnologiyalarının yaradılması və yeni informasiya sistemlərinə keçilməsi ilə
bağlıdır. Yeni informasiya sistemləri iyerarxiya quruluşuna malik olmaqla, işin
ağırlıq mərkəzinin lokal şəbəkələrdən lokal serverlər şəbəkəsinə keçilməsinə
əsaslanır. Burada sistemin miqyasının artması və onun funksional vəzifələr
dairəsinin genişlənməsi ilə yanaşı, informasiya sisteminin istismar resurslarının
ixtisar edilməsi tələbləri də əsas götürülür.
Hazırda tətbiqi proqram paketlərinin inkişaf konsepsiyası aşağıdakı əsas
prinsiplərə əməl olunmasını nəzərdə tutur:
heç bir məhdudiyyət qoyulmadan müxtəlif axitektura qərarlarının
inteqrasiyası;
sistemin təşkilinin (məhsuldarlıq, çeviklik və dinamiklik baxımdan)
keyfiyyətcə yeni səviyyəsinə nail olunması;
sistemin maksimum qənaətliliyinin təmin edilməsi.