İ N F O R M A T İ K A
____________________________________________________________
182
məqsədli planlaşdırma;
obyektin işini idarə etmək.
Üsulyönlü tətbiqi proqram paketləri
riyazi-iqtisadi məsələlərin müəyyən
üsullarla həllini reallaşdırır. Bura aşağıdakı tətbiqi proqram paketləri aiddir:
riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s. );
şəbəkə planlaşdırma və idarəetmə;
riyazi statistika.
Bunlara misal olaraq müasir fərdi kompüterlərdə reallaşdırılan
Math Cad,
Mat Lab, Derive, TK Solver və s. paketlərini göstərmək olar.
Tətbiqi proqram paketlərinin geniş yayılmış sinfi problemyönlüdür. Praktiki
olaraq,
elə tədqiqat sahəsi yoxdur ki, burada heç olmasa bir tətbiqi proqram
paketləri olmasın. Problemyönlü tətbiqi proqram paketləri elə proqram məhsuluna
deyilir ki, burada konkret bir sahənin hər hansı bir
məsələsinin həlli nəzərdə
tutulur.
Problemyönlü tətbiqi proqram paketləri sənaye,
qeyri-sənaye və xüsusi
sahələrdə tətbiq üçün proqram paketlərindən ibarətdir.
Dostları ilə paylaş: