İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


Sənaye sahələri üçün problemyönlü tətbiqi proqram paketləri



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə145/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   141   142   143   144   145   146   147   148   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Sənaye sahələri üçün problemyönlü tətbiqi proqram paketləri
aşağıdakı xüsusiyyətlərə malikdir: 
1. Bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq deyil, 
həmçinin iş planının yerinə yetirilməsinə nəzarət, texnoloji kartanın tərtibi, 
maliyyə və əmək ehtiyatlarının idarə olunmasına, bir sıra «qeyri-istehsal» 
funksiyalarını – servis xidməti, hazır məhsulun və marketinqin paylanmasına 
nəzarət funksiyalarını da yerinə yetirirlər. 
2. Bu sistemlər kliyent-server arxitekturası, çoxməsələli, çoxistifadəçi 
əməliyyat sistemləri və relyasiyalı verilənlər bazası əsasında yaradılır, qrafiki 
istifadəçi interfeysinə malik olur və Case - texnologiyasında geniş istifadə olunur. 
3.
Müasir sistemlər müxtəlif tip istehsalı nəzərə almalıdırlar. 
Qeyri-istehsal sahələri üçün problemyönlü tətbiqi proqram 
paketləri
material istehsalı ilə bağlı olmayan firmaların (bank, birja, ticarət və s.) 
fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu sistemlərdə əsas 
tələbat, istehsal sahələri üçün tətbiqi proqram paketlərdə olduğu kimi çoxsəviyyəli 
inteqrallaşdırılmış sistemin yaradılmasıdır. 
Qeyri-istehsal sahələri üçün tətbiqi proqram paketlərinə bank, maliyyə və 
hüquq sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar. 
Ayrı-ayrı tətbiq sahələri üçün tətbiqi proqram paketləri mühasibat uçotu, 
maliyyə menecmenti, hüquq sistemi və s. üçün nəzərdə tutulur. 
Müasir mühasibat uçotunun əksəriyyəti Windows əməliyyat sistemi 
mühitində işləyir və lokal şəbəkələr üçün nəzərdə tutulmuşdur. IC və Microsoft 
firmasının məhsullarından təşkil olunmuş «Offis» mühasibat uçotu tətbiqi 
proqram paketləri yalnız mühasibat funksiyalarının avtomatlaşdırılması üçün deyil, 
həmçinin firmanın bütün işinin «elektron offis» şəklində təşkilinə də imkan verir. 
Maliyyə menecmentinin tətbiqi proqram paketləri firmanın fəaliyyətinin 
analizinin və planlaşdırılmasının maliyyəsi ilə əlaqədar olaraq yaranıb. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin