İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə153/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   149   150   151   152   153   154   155   156   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Utilitlər
 və ya MS-DOS – un xarici əmrləri ayrıca fayllar şəklində əməliyyat 
sistemi ilə birlikdə verilmiş proqramlardır. Bu proqramlar müxtəlif xidmət 
əməliyyatlarını (disketi formatlaşdırmaq, disketi yoxlamaq və s.) yerinə yetirirlər. 
MS-DOS ƏMƏLİYYAT SİSTEMİNİN STRUKTURU 
VƏ FUNKSİYALARI 
 
MS-DOS iyerarxik kataloq strukturuna əsaslanan çevik fayl sisteminə və 
əlverişli əmrlərə malik olan əməliyyat sistemidir. 
MS-DOS-un əsas komponentləri aşağıdakılardır: 

IO.SYS və MSDOS.SYS disk faylları. IO.SYS və MSDOS.SYS disk faylları 
kompüterin əməli yadaşında daimi yerləşən MS-DOS əməliyyat sisteminin 
əsas sistem faylları adlanır. Bu fayllar həm də gizli fayllardır. IO.SYS 
faylında BIOS-un genişlənmə modulu yerləşir, MSDOS.SYS isə 
kəsilmələrin emalı modulu üçündür. IO.SYS və MSDOS.SYS faylları MS-
DOS yerləşən diskin əsas kataloqunda yerləşməlidir. Başqa diskdə bu 
faylların surətini almaq üçün xüsusi SYS əmrindən istifadə olunur. 
MSDOS.SYS modulunun komponentləri fayl sisteminin, giriş-çıxış 
qurğularının (klaviatura, displey, printer və portlar) işini təmin edən, 
proqramların sona çatması ilə əlaqədar məcburi kəsilmələrə və səhvlərin 
emalına xidmət edən proqramlardır; 

giriş-çıxış baza sistemi – BIOS (Basic Input/Output System) kompüterin 
daimi yaddaş qurğusunda yerləşir və əsas vəzifəsi giriş-çıxışla bağlı olan 
əməliyyat sisteminin sadə və universal funksiyalarının yerinə 
yetirilməsindən ibarətdir. BIOS həmçinin kompüter şəbəkəyə qoşularkən 
yaddaş və digər qurğuların işini yoxlayan test proqramına və əməliyyat 
sisteminin yükləyicisini çağıran proqramlara malikdir; 

başlanğıc yükləyici - blokda yerləşən SB (System Bootstrap) sistem 
yükləyicisi kiçik bir proqram olmaqla, BIOS-da genişlənmə modulu və 
kəsilmələrin emalı modulunu əməli yaddaşa yükləmək üçün nəzərdə 
tutulub; 

əmrlər prosessoru (command.com - faylı) – icra olunan proqramdır. 
Əmrlər prosessoru aşağıdakı funksiyaları yerinə yetirir: 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin