İ N F O R M A T İ K A ____________________________________________________________ 199
neçə proqramla paralel işləmək mümkün olur. Buna görə də Windows 7
çoxməsələli əməliyyat sistemi hesab edilir.
PƏNCƏRƏLƏR Pəncərə dedikdə, ekranın ayrılmış düzbucaqlı sahəsi nəzədə tutulur.
Pəncərədə proqram əlavəsi işinin nəticəsi və ya istifadəçiyə aid olan infomasiya
göstərilir.
Adətən pəncərənin yuxarısında pəncərənin adı yazılan sərlövhə sətri olur.
İstifadəçinin işlədiyi proqram əlavəsi pəncərəsi aktiv pəncərə sayılır. Digər
məsələlərin pəncərələri arxa plana (ekranın zəmininə) keçərək aktiv pəncərədə
işləməyə mane olmur.
Windows 7 əməliyyat sisteminin iş masasındakı pəncərələri yazı masası
üzərindəki əşyaları tərpətdiyiniz kimi tərpədə bilərsiniz. Lakin bunu burada əl ilə
deyil, mausla etmək lazım gəlir.
Pəncərələr iki qrupa bölünür: standart pəncərələr və dialoq pəncərələri.
Lakin bütün pəncərələrin müəyyən sayda birtip elementləri mövcuddur. Bu, qrafik
interfeysli əməliyyat sistemləri ilə işləməyi olduqca sadələşdirir. Birtip elementlər
dedikdə, nə başa düşülür?
Windows 7-də standart pəncərə aşağıdakı elementlərə malikdir: (şəkil 2.)
Pəncərənin sərhədləri.
Bunlar pəncərənin kənar xətləridir. Kursor
sərhəd üzərinə gələn kimi ox şəklini alır və sərhədi sürümək imkanı
yaradır. Bunun üçün sol düyməni sıxılı vəziyyətdə saxlamaq və mausı
hərəkət etdirmək kifayətdir. Pəncərənin ölçülərini də bu qayda ilə
dəyişdirmək olar.
Sərlövhə sətri. Bu, pəncərənin yuxarısında ayrıca zolaqdır ki, onun sağ
ucunda pəncərəni idarə edən bükmə, açma (bərpa), bağlama düymələri
yerləşir. Sol düyməni sərlövhə sətri üzərində sıxılı vəziyyətdə tutaraq
pəncərəni istədiyiniz yerə sürüyə bilərsiniz. Pəncərəni idarə edən düymələr
onun vəziyyətini dəyişmək (bükmək, açmaq, bağlamaq) üçündür.
Pəncərəni bükən düymə onu Taskbar (Панель задач-Tapşiriq paneli)ndə
xüsusi düyməyə çevirir. Pəncərəni açan düymə onu bütün ekran
miqyasında açır. Bu düymə həm də bərpa düyməsi kimi işləyir, yəni
bundan əvvəlki vəziyyəti bərpa edir. Pəncərəni bağlama qüyməsi
pəncərəni ekrandan çıxararaq proqramın icrasını dayandırır.
Menyu sətri . Adətən sərlövhə sətrinin altında yerləşir və proqramın
əmrlərinin baş menyusunu saxlayır.