İ N F O R M A T İ K A ____________________________________________________________
198
Şəkil 1. İş masasının ümumi görünüşü
WINDOWS 7 –NİN İŞ MASASI İş masası nədir və onu niyə belə adlandırıblar? Çünki iş masasının təyinatı
yazı masasının təyinatı ilə eynidir. İş masası - idaredici nişanların (ikonların,
piktoqramların) və işə salınmış proqramların pəncərələrinin yerləşdiyi
meydançadır. Bəs nişan nədir?
Windows 7 əməliyyat sistemi
qrafik istifadəçi interfeysinə malikdir.
İstifadəçi Sizsiniz. İnterfeys burada Sizinlə kompüter arasındakı əlaqə üsuludur,
yəni qrafik istifadəçi interfeysi ekranda yerləşən müxtəlif qrafik elementlər
üzərində aparılan əməliyyatların köməyi ilə əməliyyat sisteminin idarə edilməsi
üsuludur. Sadə dillə desək, öz sənədinizi ekranda görmək və ya istədiyiniz oyunu
işə salmaq üçün klaviaturadan xüsusi əmrləri daxil etməyə ehtiyac yoxdur.
Sadəcə olaraq ekranda yerləşən kiçik nişan üzərində sol düyməni sıxmaq
kifayətdir.
Windows 7 əməliyyat sisteminin iş masası ilə işləmək yazı masası ilə
işləməklə eynidir. Yazı masası üzərinə dəftər, qələm, kitab və s. düzdüyünüz kimi,
iş masası üzərindəki nişanları və proqram pəncərələrini də onlar kimi düzürsünüz.
Siz yazı masası üzərindəki kitabı açıb oxuyar, sonra bir kənara qoyub dəftərdə
qeydlər edər və sonra masanın siyirtməsindən kalkulyatoru çıxarıb nələrisə
hesablayıb dəftərə köçürə bilərsiniz. Windows 7 əməliyyat sisteminin iş
masasında da həmin işlər tamamilə bu cür yerinə yetirilir. Ekranda eyni zamanda
bir-neçə proqram pəncərəsi açıb, gah bu, gah da başqa proqramla işləyə
bilərsiniz. Proqramlar Windows 7 əməliyyat sisteminin əlavəsi hesab olunur.
Hal-hazırda işlədiyiniz pəncərə aktiv pəncərə adlanır. Bu, başqa pəncərələrin
üstünə açılır. Eyni zamanda bir-neçə pəncərə açmaq mümkün olduğundan, bir-