İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


OK düyməsi. Əmrə hazır olmaq düyməsidir.  İ N F O R M A T İ K A



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə163/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   159   160   161   162   163   164   165   166   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

OK
düyməsi. Əmrə hazır olmaq düyməsidir. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 201 
Düymə
- üzərində yazı olan və olmayan olmaqla iki qrupa ayrılan 
düzbucaqlıdır. Düyməni sıxmaqla əməliyyata başlamaq olar. 
Bayraqcıq
. Bu, sağ tərəfində yazı olan kvadratdır. Kvadratda işarə varsa
bu, rejimin qoşulduğunu göstərir. Bayraqcığın vəziyyətini dəyişmək üçün kvadratı 
və ya rejimin adını qeyd etmək kifayətdir. 
Dəyişdirici açar
. Bu, bir parametrin qiymətləri çoxluğudur. Həmin 
qiymətlərin birində işarə olur. İşarə seçilmiş parametri göstərir. Digər qiyməti 
seçmək üçün seçiləcək qiymətin üstündə mausun sol düyməsini sıxmaq lazımdır.
Mətn sahəsi
. Bu, kursorun şaquli xəttə çevrildiyi düzbucaqlıdır. Mətni və 
ədədi informasiyanı daxil etmək üçündür. 
Ədədi düymələr
. Bu, mətn sahəsinin sol tərəfində yerləşən düymədəki 
ədədin dəyişdirilməsi üçündür. 
Siyahı
. Bu, bir-neçə qiymətdən ibarət olur ki, bunlardan da birini seçmək 
lazım gəlir. Seçim mausun sol düyməsini sıxmaq yolu ilə həyata keçirilir. Siyahı ya 
bütünlüklə görünə bilər, ya da aşağıya doğru açıla bilər. Secim edilən kimi açılmış 
siyahı geri yığılır.
 
Hiperiqtibas.
 Bu, ekrana söz və ya ifadə şəklində çıxır. Maus ifadəyə və ya 
sözə yaxınlaşdırıldıqda söz və ya ifadə altdan xətt çəkilmiş şəklə düşür və mausun 
oxu əl formasında görünür. Hiperiqtibas əsas mətndən rəngi ilə seçilir. 
Hiperiqtibası qeyd etməklə hiperiqtibasda göstərilən əməliyyat icra edilir, 
məsələn, yeni dialoq pəncərəsi açılır.
MENYU 
Əməliyyat sistemi və proqram əlavələri ilə işləyərkən “menyu” dedikdə, nə 
başa düşülür? Yəni interfeysdəki proqramlar menyusu verilmiş məqamda icra 
edilmək üçün həyata keçirə biləcəyimiz əməliyyatların siyahısıdır. Windows 7-nin 
əsas menyusu kompüterdəki proqram əlavələrinə və çoxsaylı sazlama 
parametrlərinə yol açır. Baş menyunun köməyi ilə kompüterinizdə olan ixtiyari 
informasiyanı axtarıb tapa bilərsiniz. Əməliyyat sistemi barədə soraq 
informasiyasını da əsas menyudan almaq və işin maraq doğuran xüsusiyyətlərini 
oxumaq mümkündür.
Windows ailəsinə aid əməliyyat sistemlərinin əsas xüsusiyyətlərindən biri 
müxtəlif proqram əlavələrinin və onların elementlərinin xarici görünüşünün 
standartlaşdırılmasıdır. Menyu bütün proqram əlavələrində eyni prinsiplə işləyir. 
Menyu bəndlər yığımından ibarətdir. Menyu həm üfqi, həm də şaquli ola bilir. 
Menyuda seçim mausun sol düyməsini sıxmaqla həyata keçirilir. 
2 saylı şəkildə göstərilmiş pəncərədə File (Файл-Fayl), Edit (Правка-
Düzəliş), Format (Формат-Format), View (Вид-Görünüş) və Help (Справка-
Yardım) menyularından ibarət üfqi menyu paneli göstərilmişdir. Menyu paneli hər 
hansı bir əməli çağıra və ya əmrlər siyahısı olan altmenyu aça bilər.
Açılan altmenyudakı əmrlərin arasında da hər hansı bir əməli çağıra və ya 
əmrlər siyahısı olan yeni altmenyu aça bilən əmr ola bilər.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin