İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə164/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   160   161   162   163   164   165   166   167   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
202 
Aktiv menyuda kursorun hərəkəti əmri seçməyə imkan verir. 
Rəngi solğun olan bəndləri aktivləşdirmək mümkün deyildir, çünki həmin 
əmrlərin icrası üçün zəruri şərait hələ yaranmamışdır.
Şaquli menyu əmrləri aşağıdakı nişanlarla zənginləşdirilə biləndir: 

əmrdən soldakı nöqtə dəyişdirici açarın qiymətini seçməyə imkan verir; 

əmrdən soldakı bayraqcıq rejimin seçilməsinə imkan verir; 

sağdakı qara rəngli ox əmrin növbəti menyu səviyyəsinə keçidini 
reallaşdırır; 

əmrdən sonra gələn üç nöqtə (...) göstərir ki, bu əmrin icrası üçün dialoq 
pəncərəsindən əlavə şərtlər daxil edilməlidir. Bu əmr seçildikdə dialoq 
pəncərəsi masaüstünə açılır. 
Menyunun xüsusi bir növü dinamik (kontekst) meny adlanır. Dinamilk 
menyu obyekt üzərində mausun sağ düyməsini sıxmaqla açılır. Bu menyuda 
açılmış obyekt üzərində icrası mümkün olan əmrlər yerləşir. 
İŞ MASASINDA YERLƏŞƏN PİKTOQRAMLAR (NİŞANLAR) 
 
Windows 7 əməliyyat sistemi ilə işə başlayarkən iş masasında yalnız Recycle 
Bin (Корзина-Səbət) piktoqramı görünür. Bir qədər sonra yeni proqramların 
qurulması və ya sənədlərin yaradılmasına iqtibaslar nəticəsində digər nişanlar da 
peyda olmağa başlayır. Bu piktoqramlar (nişanlar) müxtəlif rənglərlə və üslublarla 
bir-birindən xeyli fərqlənir. Lakin bütün nişanlar eyni boyda olur. Nişanlar bəzən 
piktoqram, bəzən də ikon adlandırılır. Bu nişanların köməyilə proqram əlavəsini 
işə salmaq və ya sənədi açmaq sürətlənir. Bunun üçün nişan üzərində mausun sol 
düyməsini bir və ya iki dəfə sıxmaq kifayətdir.
Proqramın icraya buraxılması (işə salınması) və ya sənədin açılması üçün 
aidi kontekst (dinamik) menyudan da istifadə etmək mümkündür. Nişan üzərində 
sağ düymə sıxıldıqda aidi menyu açılır. Bu zaman nişanın yanında icrası mümkün 
olan əməllərin siyahısı gğrünür. Bu siyahıdan Open (Открыть-Aç) əmri 
secilməlidir. Bunun üçün həmin əmri seçmək lazımdır. Bilavasitə iş masasında 
özünüz üçün xüsusi qovluq yarada bilərsiniz. Bunun üçün iş masasının boş 
sahəsində sağ düyməni sıxmaqla dinamik menyu (şəkil 3.) açıb, mausun oxunu 
New (Создать-Yeni) bəndinin üzərinə gətirib sol düyməni bir dəfə sıxmaq 
lazımdır.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin