İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə165/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   161   162   163   164   165   166   167   168   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 203 
 
Şəkil 3 . Dinamik menyunun ekrana çağırılması 
Açılan altmenyudan (şəkil 4.) Folder (Папка-Qovluq) əmrini seçmək 
kifayətdir. Bu zaman iş masasında sarı rəngli New Folder (Новая папка-Yeni 
qovluq) nişanı yaranacaqdır (şəkil 5.). 
 
Şəkil 4. İş masasında qovluğun yaradılması 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
204 
Qovluğa ad vermək üçün nəzərdə tutduğunuz adı klaviaturadan yığın və 
[Enter] düyməsini basın (şəkil 6.). Artıq iş masasında Sizin öz qovluğunuz vardır. 
Şəkil 5. Iş masasında yeni qovluq 
Şəkil 6. Yaradılmış qovluğa ixtiyari adın verilməsi 
İş masasındakı qovluğu ləğv etmək üçün qovluq nişanını seçib klaviatura 
üzərindəki Delete (Удалить-Ləğv et) düyməsini sıxmaq kifayətdir. Əməliyyat 
sistemi dialoq pəncərəsi açıb ləğv etməni təsdiqləməyinizi dəqiqləşdirəcəkdir 
(şəkil 6.). Bu, ona görə edilmişdir ki, təsadüfi ləğvetmə mümkün olmasın. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 205 
Beləliklə, ləğv etməni təsdiq etmək üçün Yes (Да-Hə) düyməsini sıxın. 
Nəticədə qovluq ləğv edilir. Ləğv edilən qovluq Recycle Bin (Корзина-Səbət)ə 
düşür və boş görünən Recycle Bin (Корзина-Səbət)i indi dolu görünəcəkdir. 
 
MƏSƏLƏLƏR PANELİ
Ekranın aşağısında üzərində düymə və nişan şəkilləri olan zolaq var ki, buna 
da Taskbar (Панель задач-Мəsələlər paneli) deyilir. Taskbar (Панель задач-
Мəsələlər paneli)nin sol ucunda 
Start (Пуск-Başla) düyməsi vardır. Bu, 
Windows 7-nin (Главное менью-Baş Menyu)sunu ekrana açmaq üçündür. 
(Главное менью-Əsas Menyu) barədə sonra bəhs ediləcəkdir. Hələlik Taskbar 
(Панель задач-Мəsələlər paneli)nin digər elementləri haqqında bəzi mülahizələr 
söyləyək. Start (Пуск-Başla) düyməsindən sağda bir-neçə (adətən üç) piktoqram 
yerləşir. Bunlar bəzi proqram əlavələrini cəld işə salmağa yardımçıdırlar. 
Bunlardan biri (
piktoqramı) İnternetdə səhifələrə baxış keçirmək üçün istifadə 
edilən brauzeri çağırmağa imkan verir. Digər piktoqram (
piktoqramı) fayl və 
qovluqlarla işləmək üçün olan proqram əlavəsini – Explorer (Проводник-
Bələdçi)ni, üçüncü nişan isə (
piktoqramı) Windows Medianın video və səs 
fayllarının səsləndiricisini işə qoşur.
Taskbar (Панель задач-Мəsələlər paneli)nin sağ ucunda düzbucaqlı 
şəklində olan üstü yazısız düymə yerləşir. Bu düyməni sıxdıqda iş masasına 
açılmış pəncərələr yığılaraq iş masasını boşaldırlar. Bu düymənin sol tərəfində cari 
tarix və vaxt əks etdirilir. Mausun oxunu buraya yönəldən kimi vaxtla yanaşı ayın 
və həftənin günü sözlə yazılmış şəkildə ekranda görünür. Vaxt düyməsinin 
yanında səsucaldan dinamik düyməsi yerləşir. Əgər Sizin kompüterdə səsucaldan 
və ya qulaqcıq varsa, səsi tənzimləyə bilərsiniz. Bundan ötrü dinamik nişanına 
sıxmaq lazımdır. Bu zaman sürüngəcli şkala görünəcək. Mausun oxunu 
sürüngəcin üzərinə gətirib sol düyməni sıxdıqda səsi tənzimləyə bilərsiniz. 
Dinamik (səsucaldan) nişanından solda hesablayıcı şəbəkənin işə hazır olduğunu 
göstərən nişan yerləşir. Əgər bu nişan üstündə xaç şəkili varsa (
piktoqramı), 
bu o deməkdir ki, sistem şəbəkəyə qoşula bilmir. Məsələn, ola bilər ki, kabel 
şəbəkə kartına qoşulmamış, yaxud da sistem qurulmuş şəbəkə kartı üçün drayver 
seçə bilmir. Bu elementlər qrupunda ən solda cari dilin indikatoru yerləşir. Adətən 
ruslaşdırılmış əməliyyat sistemlərində rus və ingilis dillərindən birini seçmək 
mümkün olur. Burada 
RU
yazılıbsa, rus dilinin əlifbası (Kiril əlifbası), 
EN
yazılıbsa, 
ingilis dilinin əlifbası (Latın əlifbası) işləyir. Əlifbanı dəyişmək üçün nişana sıxıb, 
açılan menyudan lazım olan bəndi seçmək olar (şəkil 7.). Əlifbanı dəyişmək üçün 
düymələr kombinasiyasından da istifadə edə bilərsiniz. Bunu etmək üçün bir-neçə 
variant mövcuddur. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin