İ N F O R M A T İ K A ____________________________________________________________ 195
tutumu 127 Qiqabayt-a bərabərdir.
FAT12 əsasən disketlər üçün, FAT16 isə kiçik tutuma malik disklər üçün
nəzərdə tutulmuşdur. FAT əsasında yeni fays sistemi – exFAT işlənib
hazırlanmışdır. Yeni fayl sistemindən əsasən fləş-yığıcılarda istifadə olunur.
İlk zamanlar FAT kataloqlar sisteminin iyerarxik sistemini dəstəkləmirdi.
Buna görə də bütün fayllar əsas kataloqda yerləşdirilirdi. Bu istifadə üçün
həddindən artıq əlverişsiz idi.
Əksər əməliyyat sistemində müxtəlif FAT genişlənmələrindən, sistemdə
faylların adları üçün isə 8.3 formatından istfadə edilir. Kompüterlə iş prosesində diskin məzmunu dəyişir, yəni yeni fayllar əlavə
olunur, lazımsız fayllar isə silinir, faylların tutumu dəyişir və s. Bu əməliyyatları
yerinə yetirmək üçün fayllar arası disk yaddaşının paylanmasına fasiləsiz nəzarət
olunmalıdır. MS-DOS-da bu məsələ faylların FAT yerləşmə cədvəlinin köməyi ilə
həll olunur. Hər bir fayl üçün FAT-da elementlər zənciri yaradılır. Bunların hər biri
sabit uzunluqlu sahəni göstərir və diskdə faylın bir hissəsi burada yerləşir. Faylın
adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi olur. Fayl ləğv edildikdə FAT-
ın elementləri və onlara ünvanlanan verilənlər sahəsi boşalır, nəticədə bu
sahədən digər fayllar üçün istifadə etmək mümkün olur.
Belə təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət
mümkündür. Çatışmazlığı isə faylların ləğvi, yaradılması və tutumunun
dəyişdirilməsində diskin fraqmentasiyasıdır (boş sahələrin yaradılması).
Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur.
Fraqmentasiyanı aradan qaldırmaq üçün DEFRAG proqramından istifadə olunur.
Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi
olan böyük bir sahəni tutur. Yaddaş verilənlər sahəsindən bir və ya bir neçə
ardıcıl sektorlar qrupunu ayırır ki, bu da
klaster adlanır. Sektorun ölçüsü 512
bayt-a bərabərdir.
Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq əməliyyat
sistemi tərəfindən təyin olunur. Böyük ölçülü klasterlərdən istifadə diskin
fraqmentasiyasını azaltmaqla yanaşı FAT-ın ölçüsünün kiçilməsinə və sürətin
artmasına da səbəb olur. Digər tərəfdən isə olduqca böyük ölçülü klasterlər disk
sahəsindən səmərəsiz istifadəyə gətirir. Məntiqi diskin ölçüsü böyük olduqda
klasterin də ölçüsü böyük olur. Klasterin ölçüsünün kiçildilməsini sərt diski bir
neçə məntiqi disklərə bölməklə həyata keçirmək olar.
Qeyd etmək lazımdır ki, FAT fayl sistemi MS-DOS və Windows 9x əməliyyat
sistemlərində istifadə olunur. Windows NT və Windows 2000 əməliyyat
sistemlərində isə NTFS (NT File System. NTFS 1993-cü ildə yaradılmışdır) fayl
sistemindən, UNIX əməliyyat sistemində isə onun versiyasından asılı olaraq bir
neçə fayl sistemlərindən istifadə olunur. HPFS fayl sistemi də mövcuddur. Bu fayl
sistemi də FAT fayl sistemini OS/2 və Windows NT ilə əvəz etmək üçün nəzərdə
tutulmuşdur.