Ikinci istiqamət – kompüterə müxtəlif obyektlərin ekranda təsvir
üsulundan asılı olmayaraq, manipulyasiyasına imkan verən obyektyönlü
texnologiyanın əməliyyat sistemlərində tətbiqi mümkündür.
Üçüncü istiqamət – əməliyyat sistemləri və proqram təminatı həmişə
kompüterin aparat hissəsinin arxitektura həllini əks etdirir. Burada əsas ideya 32-
mərtəbəli mikroprosessorun imkanlarından tam mənada istifadə etmək və
sonradan 64-mərətəbəli əməliyyat sistemlərinə keçməyin mümkünlüyüdür.
DİSKİN FAYL STRUKTURU Fayla müraciət zamanı onun yalnız yolu və adı göstərilməlidir. Əməliyyat
sistemi əvvəlcə fayl-kataloqa müraciət edərək faylın diskdə yerləşməsi haqqındakı
məlumatı tapır, sonra isə tələb olunan əməliyyatı yerinə yetirir.
Diskdəki verilənlərə müraciətdə əməliyyat sistemi burada yerləşən faylların
yerləşmə cədvəlindən - FAT (File Allocation Table), baş kataloq və altkataloqdan
istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların yerləşmə cədvəli, baş
kataloq və diskin boş yaddaş sahəsi ilə birlikdə verilənlər sahəsi adlanmaqla diskin
fayl strukturunun elementlərini təşkil edir.
QEYD : FAT fayl sisteminin klassik arxitekturasıdır. Əvvəllər sərt disklərdə
istifadə olunan FAT fayl sistemi sonralar disketlərdə və bəzi informasiya
daşıyıcılarında da istifadə olundu. Sistemin sadəliyinə görə hal-hazırda fləş-
yığıcılarda da geniş istifadə edilir.
FAT fayl sistemi 1976-1977-ci illərdə Bill Qeyts və Mark MakDonald
tərəfindən işlənib hazırlanmışdır. Windows və DOS əməliyyat sistemlərində
(Windows NT əməliyyat sistemindən başqa) faylların yerləşmə sistemi kimi
istifadə olunur. FAT fayl sisteminin strukturu ECMA-107 standartına uyğundur.
FAT fayl sisteminin dörd versiyası mövcuddur. Versiyalar bir-birindən
informasiyanın dsikin strukturuna yazılma mərtəbəsinə görə, daha doğrusu
klasterlərin nömrələrinin yaddaşda saxlanması üçün ayrılmış bitlərin sayına görə
fərqlənirlər. Mərtəbəliyin sayı artdıqca, FAT fayl sistemi ilə işləyə biləcək diskin
tutumu da hiss olunacaq dərəcədə artır. Məsələn, FAT32 üçün diskin maksimal