İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə152/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   148   149   150   151   152   153   154   155   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Faylın atributları
. Faylın aşağıdakı atributları mövcuddur: 
R (Read-only) – "yalnız oxunan". Bu faylları sistem vasitələri ilə 
yeniləşdirmək və ya silmək mümkün deyil. 
H (Hidden) – "gizli fayl". Faylları gizli saxlamaq üçün istifadə olunur. 
S (System) – "sistem faylı". Bu fayllar əməliyyat sistemlərində istifadə 
olunur. 
A (Archive) – "arxivləşdirilmiş fayl". Bu atribut hər bir faylın yaradılmasında 
təyin olunur. 
Kataloq
. Kataloq digər fayllar haqqında informasiyanı özündə saxlayan 
xüsusi fayldır (bəzən kataloqu direktoriya da (ingiliscə directory – arayış, 
göstərici) adlandırırlar). Faylların adı diskdə kataloqlarda qeyd olunur. Windows 
2007 əməliyyat sistemində (həmçinin sonrakı versiyalarda) kataloqlar qovluq 
adlanır. Kataloq faylların tam adı, ölçüsü, yaradılma və ya sonuncu düzəliş vaxtı 
və tarixi, atributu və s. məlumatlardan ibarət olur. Kataloqun daxilində başqa bir 
kataloq qeyd olunarsa, buna 
altkataloq
deyilir. Kataloqun adına olan tələbat 
fayllardakı kimidir, amma burada genişlənmədən istifadə olunmur. 
Hər bir diskdə bir 
baş kataloq
olur. Bu kataloqda fayl və altkataloqlar qeyd 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
190 
olunur. Diskdə kataloqlar ağacvari - iyerarxik struktura malikdirlər. İstifadəçinin 
istifadə etdiyi kataloq 
cari kataloq
adlanır. Yeni formatlaşdırılmış diskdə baş 
kataloq (root directory) olur və onu proqram vasitələri ilə silimək qəti qadağandır. 
Disk sürücüsünün adı
. Kompüterdə adətən bir neçə – sərt disk, disket, 
kompakt disk və s. üçün disk sürücüsü mövcuddur. Bu disklərdə yerləşən fayl və 
kataloqlara müraciət etmək üçün disk sürücüsünün adından istifadə olunur. Disk 
sürücüləri A:, B:, C:, D: və s. kimi adlandırılır. Əslində A:, B:, C:, D: disk 
sürücülərinin yox, məntiqi disklərin adıdır. Sərt diski (vinçestr) 2 və daha çox 
hissəyə bölməklə bir neçə məntiqi disk yaratmaq olar. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin