İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


ƏMƏLİYYAT SİSTEMLƏRİNİN TƏSNİFATI



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə148/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   144   145   146   147   148   149   150   151   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

ƏMƏLİYYAT SİSTEMLƏRİNİN TƏSNİFATI 
 
Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur: 
1.Sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçi və 
çoxistifadəçi üçün; 
2.Sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına 
görə: birməsələli və çoxməsələli; 
3.Prosessorların sayına görə: birprosessorlu və çoxprosessorlu; 
4.Prosessorun mərtəbələrinin sayına görə: 8-mərtəbəli, 16-mərtəbəli, 32-


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
186 
mərtəbəli, 64-mərtəbəli; 
5.İnterfeysin tipinə görə: əmrli və obyektyönlü; 
6.İnformasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real vaxt 
miqyaslı; 
7.Resurslardan istifadənin tipinə görə: şəbəkə və lokal. 
Birinci əlamətə görə, biristifadəçi üçün əməliyyat sistemlərindən fərqli 
olaraq, çoxistifadəçi üçün əməliyyat sistemləri kompüterdə eyni vaxtda müxtəlif 
terminallarla bir neçə istifadəçinin işləməsinə imkan verir. 
İkinci
əlamətə görə, çoxməsələlik anlayışı mövcud hesablama sistemi 
çərçivəsində eyni vaxtda bir neçə proqramın paralel yerinə yetirilməsidir. 
Birməsələli əməliyyat sistemləri isə eyni vaxtda yalnız bir proqramın yerinə 
yetirilməsinə imkan verir. 
Üçüncü əlamətə görə, bir prosessorludan fərqli olaraq, çoxprosessorlu 
əməliyyat sistemləri bu və ya digər məsələnin həlli üçün bir neçə prosessor 
resurslarının paylanması rejiminə imkan verir. 
Dördüncü əlamətə görə, əməliyyat sistemləri 8, 16, 32 və 64 mərtəbəli 
prosessorlara bölünürlər. Əməliyyat sisteminin mərtəbəliliyi prosessorun 
mərtəbəsi ilə təyin olunur. 
Beşinci əlamətə görə, əməliyyat sistemi istifadəçi interfeysinin tipinə görə 
obyektyönlü (qrafiki interfeysli) və əmrli (mətn interfeysli) kimi iki hissəyə 
bölünür. 
Altıncı
əlamətə uyğun olaraq, əməliyyat sistemləri aşağıdakı növlərə 
bölünür: 

paket emalı: kompüterdə yerinə yetirilməli olan proqramlara uyğun 
olaraq tapşırıqlar paketi formalaşdırılır və mümkün üstünlük dərəcəsini 
nəzərə almaqla növbəli yerinə yetirilir; 

vaxt bölgülü: eyni vaxtda müxtəlif terminallardan bir neçə istifadəçinin 
kompüterə dialoq (interaktiv) rejimində müraciətini yerinə yetirmək üçün 
əməliyyat sistemi xidmət tapşırıqlarına uyğun maşın resurslarını növbə ilə 
seçir; 

real vaxt miqyaslı: kompüterdən kanarda baş verən hadisə, proses və ya 
obyektlərlə idarə olunan istifadəçi sorğularına müəyyən olunmuş vaxt 
ərzində kompüterin cavabını təmin edir. 
Yeddinci əlamətə görə əməliyyat sistemləri şəbəkə və lokal olmaqla iki 
hissəyə bölünür. Şəbəkə əməliyyat sistemi verilənlərdən birlikdə istifadə etmək 
məqsədilə şəbəkədə birləşdirilmiş kompüter resurslarının idarə olunması üçün 
nəzərdə tutulur. Burada şəbəkə resurslarının istifadəsi üçün çoxlu sayda servis 
imkanları mövcuddur. 
Şəbəkə əməliyyat sistemləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, 
olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər 
əməliyyat sistemləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi 
stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilir. 
Hal-hazırda geniş yayılan əməliyyat sistemlərindən DOS, OS/2, UNIX, 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin