İ N F O R M A T İ K A
____________________________________________________________ 185
F Ə S İ L X. ƏMƏLİYYAT SİSTEMLƏRİ
ƏMƏLİYYAT SİSTEMİ ANLAYIŞI
Əməliyyat sistemi
kompüter resurslarını idarə edən, tətbiqi proqramların
işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini,
həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram
vasitələrinin məcmusudur.
Əməliyyat sistemi kompüterin işə qoşulması ilə yüklənir və istifadəçiyə
hesablama sistemi ilə rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir.
Funksiyalarına görə interfeysin aşağıdakı növləri vardır:
Proqram interfeysi
hesablama sistemi çərçivəsində proqramların qarşılıqlı
əlaqəsini təmin edən vasitələr məcmusudur.
İstifadəçi interfeysi
istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün
proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfeysi əmrli və
obyektyönlü ola bilər.
Əmrli interfeys
istifadəçiyə kompüter resurslarının idarə olunması üçün
əmrləri klaviaturadan daxil etməyə imkan verir.
Obyektyönlü interfeys
obyektlər (fayl, kataloq (qovluq), disk sürücüsü,
proqram, sənəd və s.) üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama
sisteminin resurslarını idarə edir.
Resurs
dedikdə kompüterin istənilən komponenti (mərkəzi prosessor,
operativ və ya xarici yaddaş, xarici qurğular, proqram və s.) başa düşülür.
Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya
(variant) adını alır. Əməliyyat sisteminin versiyası 6.0, 7.0, 8.0, 10.0 və s.
şəklində işarə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm
dəyişikliyin, nöqtədən sağdakı rəqəmin artması isə sistemdə cüzi dəyişikliyin
edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox
imkanlara malik olmasını əks etdirir.
Dostları ilə paylaş: