İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə143/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   139   140   141   142   143   144   145   146   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 181 
Relyasiya modeli
daha əlverişli və səmərəli olduğundan son illərdə 
yaradılmış verilənlər bazasının idarəetmə sistemlərində bu modeldən istifadə 
olunur. 
İnteqrallaşdırılmış paketlər
 müxtəlif funksiyaları yerinə yetirən proqram 
komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış tətbiqi proqram 
paketlərinə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazasının 
idarəetmə sistemləri və kommunikasiyalı modullar daxildir. İnteqrallaşdırılmış 
paketlərə əlavə modullar kimi, faylların eksportu və importu, kalkulyator, təqvim, 
proqramlaşdırma sistemləri də daxil edilir. Komponentlər arası informasiya əlaqəsi 
müxtəlif məlumatların təsviri formatlarının unifikasiyası ilə təmin olunur. Müxtəlif 
komponentlərin vahid sistemdə inteqrasiyası istifadəçiyə interfeysdə xeyli 
üstünlük verir. Belə paketlərə FrameWork, Startnave, Microsoft Office nümunə 
göstərmək olar. 
Case texnologiyası
mürəkkəb informasiya sistemlərinin yaradılmasında 
tətbiq olunur. Case – texnologiyası altında informasiya sistemlərinin 
hazırlanmasının avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin 
analizi, verilənlər bazasının layihələndirmə, proqramlaşdırma və informasiya 
sistemlərinin istismarı daxildir. 
Case texnologiyasının instrumental vasitələri informasiya texnologiyasının 
bütün sahələrində tətbiq olunur. Texnologiya istifadəçiyə informasiya 
sistemlərinin layihələndirilməsini onların proqramlaşdırılması və sazlanmasından 
ayırmağa imkan verir. Sistemi hazırlayanlar yalnız yüksək səviyyəli layihə ilə 
məşğul olur. Bu isə layihələndirmə mərhələsində səhvlər buraxmamağa imkan 
verir və mükəmməl proqram məhsulları alınır. Bu texnologiya informasiya 
sisteminin işlənməsinin bütün mərhələlərində dəyişir. 
Hal-hazırda Case texnologiyası informatikanın ən dinamik inkişaf edən 
sahəsidir. Case texnologiyasına B PVIN, CDEZ Tods, Clear Case, Composer və s. 
aid etmək olar. 
Müasir Case texnologiyası banklar, maliyyə şirkətləri (korporasiyaları) və ən 
iri firmalar üçün informasiya sistemlərinin yaradılmasında müvəffəqiyyətlə istifadə 
olunur. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin