Mətn redaktorları . Mətn informasiyanın işlənməsi üçün təyin olunur və
əsasən aşağıdakı funksiyaları yerinə yetirir:
mətnin adlandırılmış fayl şəkilində yaddaşa yazılması;
simvol, sətir və mətn hissəsinin yerləşdirilməsi, silinməsi, əvəz olunması;
orfoqrafiyanın yoxlanılması;
mətnlərin müxtəlif şriftlərlə tərtibi;
mətnlərin lazımi formaya salınması;
başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi;
söz və ifadələrin axtarışı və əvəz olunması;
sadə şəkillərin mətnlərə daxil edilməsi;
mətnlərin çapı.
Qrafiki redaktorlar qrafiki sənədlərin (diaqram, şəkil, cizgi və cədvəllərin)
təhlili üçün istifadə olunur. Qrafiki redaktorlar fiqur və şriftlərin ölçülərini idarə
etməyə, fiqur və hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin yaradılmasına imkan
verir.
Fərdi kompüterlərdə istifadə olunan qrafiki redaktorlara Paint, Boieng Graf,
FanVision, CorelDraw, Adobe Photoshop, Adobe Illustrator və s. nümunə
göstərmək olar.
Nəşriyyat sistemləri mətn və qrafiki redaktorların imkanlarını özündə
birləşdirir. Bu sistemlər sənədlərin nəşrə hazırlığını (çoxaldılmasını)
avtomatlaşdırır.
Cədvəlin işlənməsi üçün təyin olunan tətbiqi proqram paketləri elektron
cədvəllər adlanır.
Elektron cədvəldə məlumatlar sətir və sütunun
kəsişməsindəki xanalarda (hücrələrdə) saxlanılır. Xanalarda ədəd, simvol
verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan
asılı qiymətlərlə bir xanada verilir. Xanaların məzmununun dəyişməsi ilə bundan
asılı olan xanadakı qiymət dəyişir.
Geniş istifadə olunan elektron cədvəllərə Microsoft Excel, Lotus 1-2-3 və s.
aid etmək mümkündür.
Verilənlər bazasının idarəetmə sistemləri. İnformasiya təminatının
maşındaxili təşkili və idarəedilməsi üçün xüsusi tətbiqi proqram paketlərindən –
verilənlər bazasının idarəetmə sistemlərindən (VBİS) istifadə olunur.
Verilənlər bazası diskdə saxlanılan, bir-biri ilə əlaqələndirilmiş və
mərkəzləşdirilmiş idarə olunan fayllar məcmusudur.
Verilənlər bazasının idarə olunması dedikdə verilənlərin bazaya daxil
edilməsi, onların təshihi və sorğulara görə məlumatların axtarışı əməliyyatları
başa düşülür. Verilənlərin təşkili üsullarından asılı olaraq, aşağıdakı məlumatlar
bazasının idarəetmə sistemləri
mövcuddur:
iyerarxik modelli VBİS;
şəbəkə modelli VBİS;
relyasiya modelli VBİS.