İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


Süzgəc  rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir  (məsələn icra olunan proqram fayllarını dəyişir).  Detektorlar



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə137/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   133   134   135   136   137   138   139   140   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Süzgəc 
rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir 
(məsələn icra olunan proqram fayllarını dəyişir). 
Detektorlar
əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin 
edir. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
176 
Doktor
antivirus 
proqramları 
virusların 
aşkar 
edilməsinə 
və 
zərərsizləşdirilməsinə şərait yaradır. 
Viruslarla mübarizə proqramlarının bir neçə növündən - skanerlərdən (başqa 
adı: faqlar, polifaqlar) istifadə olunur. Antivirus skanerlərin iş prinsipi faylların və 
sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum 
olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün 
«maska»lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan 
müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin “evristik 
skanerləmə” alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar 
ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün 
qərar qəbul edilir (“ola bilsin yoluxub” və ya “yoluxmayıb”). 
Müfəttiş
adlanan proqram kataloqların, proqramların, faylların sistem 
sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin 
vəziyyəti müqayisə edir. Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə 
olan fayllar və sistem sektorları üçün CRC - cəmlərin (nəzarət cəmlərinin) 
hesablanmasına əsaslanır. 
İmmunizator
özü rezident proqram olmaqla, bir çox virusları 
vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır. İmmunizatorların iki növü var: 
yoluxma barədə məlumat verən immunizatorlar və hər-hansı növ virusla 
yoluxmanın qarşısını alan immunizatorlar. Birincilər adətən faylların sonuna yazılır 
və hər dəfə fayldan istifadə edildikdə onun dəyişməsini yoxlayır. Bu 
immunizatorların əsas nöqsanı stels-virusa yoluxma barədə məlumat verə 
bilməməsidir. Buna görə bu immunizatorlardan praktikada istifadə edilmir. İkinci 
növ immunizator sistemi istənilən növ virusa yoluxmaqdan mühafizə edir. Diskdə 
fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul edir. 
Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya edən 
proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem 
artıq yoluxub. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin