İ N F O R M A T İ K A
____________________________________________________________
142
İstifadəçi bu tip modemlərdən istifadə etməklə İnternetə qoşulan zaman
qoşulmaya yardım edəcək təşkilatı – provayderi tanımalıdır.
Adətən istifadə olunan müasir noutbuklarda daxili modemlərdən daha çox
istifadə olunur.
STRİMER
Maqnit lentlərindən etibarlı informasiya daşıyıcısı kimi istifadə olunması
keçən əsrin 50-ci illərinə təsadüf edir. Bunlardan ən çox istifadə olunanı
strimerlərdir.
Strimer (ingiliscə streamer – nazik uzun lent), lent yığıcısı –
iş prinsipinə
görə məişətdə istifadə olunan maqnitafona bənzəyir. Strimerin əsas təyinatı
informasiyanın yazılması və əks olunması, informasiyanın arxivləşdirilməsi ilə
yanaşı verilənlərin surətlərinin eytiyatda saxlanmasıdır.
İlk dəfə maqnit lentindən istifadə 1951-ci ilə təsadüf edir. Eckert-Mauchly
Computer Corporation şirkəti UNIVAC I elektron rəqəm hesablama maşınlarında
informasiya daşıyıcısı kimi maqnit lentindən istifadə edir. Hesabalama maşınında
maqnit
lenti kimi Vicalloy adlanan, nikelləşdirilmiş tuncdan olan eni 12,65
millimetrə bərabər nazik metaldan istifadə olunurdu. İnformasiya səkkiz cığıra
yazılırdı və informasiyanın bir düymə düşən yazılma sıxlığı 128 simvola bərabər idi
(198 mikrometr/simvol).
Strimer ətalət rejimində işləyən lentdartan mexanizmdir. Üsul 1978-ci ildə
IBM firması tərəfindən təqdim edilmişdir. Rejimin mahiyyəti ondan ibarətdir ki,
başlığın altından keçən maqnit lentinin dayandırılması və ya yenidən işə
buraxılması zamanı maqnit lentinin kəsilmə uzunluğu informasiya blokları
arasındakı uzunluqdan artıq olur. Odur ki, lenti saxladıqdan
sonra onu geriyə
qaytarmaq (yəni mövqeyini yeniləşdirmək) lazımdır. Bu da rejimin əsas
çatışmazlığı sayılır (mövqeyin müəyyən edilməsi vaxtı 0,1÷2 saniyə).
Strimer ayrıca müstəqil blok şəkilində düzəldilir və kompüterlə yanaşı (bəzi
hallarda sistem blokunun daxilinə) yerləşdirilir. Belə strimerlərin ölçüsü elastik
disklərin ölçüsünə uyğun olur. Strimerlərdə informasiya daşıyıcısı kimi
yarımdüymlük makaraya (qarqaraya) sarınan lentdən,
bəzi hallarda isə xüsusi
hazırlanmış kassetlərdən – kartriclərdən (kompakt-kassetlərdən) istifadə olunur.
İnformasiya 9 cığıra (8 bit verilənlər üçün, bir bit nəzarət üçün) yazılır. Yazı vaxtı
sıxlıq 800÷6250 bit/düym və dəfələr çox təşkil edir. Belə lentlərin üstünlüyü rahat
daşınmaları və qurğularla 100% uyğunlaşmasıdır.
Kartriclər üçün xüsusi hazırlanmış yüksək keyfiyyətli maqnit lentlərindən
istifadə edilir. Lentin üzərinə öncə çox xırda maqnit hissəcikləri otuzdurulur, sonra
isə diqqətlə cilalanır. Bununla istifadəçi informasiyanın lentə etibarlı yazılmasını və
yazılmış informasiyanın uzun müddət saxlanılmasını əldə edir.
Qurğuların tutumu bir neçə on Kilobaytdan bir neçə yüz Qiqabayta qədər
olur.
Strimerlərin əsas üstünlüyü böyük həcmdə
olan yüksək qiymətə malik