İ N F O R M A T İ K A
____________________________________________________________
140
Beləliklə, istifadəçi printeri alarkən və ya seçərkən aşağıdakı
parametrlərə
diqqət yetirməlidir: printerin qiyməti + il ərzində çap olunan (nəzərdə tutulmuş)
səhifələr sayı + kartricin tutumu + kartricin qiyməti + istifadə olunan üsul.
Qeyd etmək lazımdır ki, göstərilən ardıcıllıq ideal formula hesab edilə
bilməz.
SKANER
Skaner – qrafik informasiyanı səth üzərindən
oxuyan və kompüterin
yaddaşında yerləşdirən qurğudur. Bununla yanaşı skaner üzünü aldığı
informasiyanı müəyyən müddət öz yaddaşında da saxlaya bilir.
Skanerlər
Məsələn, əgər istifadəçi çap edilmiş fotoqrafik material üzərində retuşlama
əməliyyatı aparıb işini tamamladıqdan sonra hazır materialı
Internet vasitəsi ilə
digər istifadəçiyə göndərmək istəyirsə, onda skanerdən faydalana bilər.
Beləliklə, skaner istənilən materialın sürətini çəkməklə, alınmış
nəticəni
noutbukun və ya kompüterin yaddaşına göndərə bilir. Hal-hazırda istifadəçilər
planşet tipli (masa üzərinə qoyula bilən) və əldə gəzdirilə bilən (skaner əldə
saxlanılır və üzü alınacaq təsvirin üzəri ilə sürüşdürülür) skanerlərdən
faydalanırlar.
MODEM
Modem informasiyanın bir kompüterdən digərinə
telefon xətti vasitəsi ilə
ötürülməsi üçün istifadə edilir. İndiki zamanda radiomodemlərdən geniş istifadə