İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə108/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   104   105   106   107   108   109   110   111   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 135 
Müxtəlif quruluşa malik trekbollar 
İndiki zamanda istehsal olunan müasir kompüter və noutbuk modellərində 
trekbollardan deyil, əsasən taşpadlardan istifadə olunur.
 
MAUS 
Əksər istifadəçilərin noutbuklarda quraşdırılmış taçpad və ya trekbollardan 
istifadə etmələrinə baxmayaraq bir çox hallarda mauslara daha çox üstünlük 
verirlər. İstifadə olunan mauslar noutbuka və ya kompüterə USB portu vasitəsi ilə 
qoşulur. 
QEYD:
Manipulyatorun maus adını alması onun ziyanvericiyə oxşaması ilə 
bağlıdır. İlk dəfə mausun kompüterlə birgə istifadəsi 1963-cü ilə təsadüf edir. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
136 
Stendford Tədqiqat İnstitutunun əməkdaşı Duqlas Engelbart mexaniki hərəkət 
edən çeviricinin (datçikin) hərəkətini kabel vasitəsilə kompüterə ötürülməsi 
ideyasını irəli sürür və bir il sonra materialı kövrək ağacdan olan mausun 
konstruksiyasını hazırlayır. 
Mausun iş prinsipi onun masa üzərində və ya onun üçün xüsusi hazırlanmış 
xalça üzərində hərəkətə əsaslanır. Hərəkət zamanı mausun daxilində olan 
rezistorların müqaviməti hərəkətə uyğun dəyişir və dəyişmə xüsusi naqil vasitəsi 
ilə (müasir mauslarda naqildən istifadə olunmur) kompüterə ötürülür. Hərəkətin 
ötrülməsi kompüterə yüklənmiş xüsusi proqramla idarə olunur. Proqram (mausun 
drayveri) mausun hərəkətinə uyğun olan yerdəyişməni ekrana ötürür və istifadəçi 
hərəkəti mausun oxunun hərəkət etməsi ilə izləyə bilir. 
Mauslar müxtəlif quruluşda olur: mexaniki, optik və lazer. Mexaniki 
mausların iş prinsipi onun daxilində olan diyircəyin səth üzərində hərəkətinə 
əsaslanır. Hərəkət zamanı diyircək yerini dəyişdikcə, onun hərəkətini izləyən verici 
qurğu hərəkətə uyğun yerdəyişməni kompüterin ekranına ötürür. 
Optik mauslarda diyircək olmur. Mausun aşağı hissəsində balaca lampa 
yerləşir və mausdan istifadə zamanı işıqlanır. Səth üzərinə düşən işıq səthdə əks 
olunur və mausun aşağı hissəsinə quraşdırılmış xüsusi verici vasitəsi ilə tutulur.
Müxtəlif görünüşlü mauslar 
Optik mauslar mexaniki mauslara nisbətən istifadəyə çox əlverişlidirlər. 
Qeyd etmək lazımdır ki, ilk hazırlanan mauslarda iki düymədən istifadə edilirdi. 
Əksər hallarda belə mausları ikidüyməyi adlandırırdılar. Sonrakı dövrdə istehsal 
olunan mauslara üçüncü düymə - diyircəkdə (trekbolda) əlavə olundu. 
Diyircəkdən düymə kimi də istifadə etmək mümkündür (onu sıxdıqda o, düymə 
funksiyasını yerinə yetirir).
Hazırkı dövrdə istifadəçilər əsasən lazer mauslarına üstünlük verirlər. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin