İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə217/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   213   214   215   216   217   218   219   220   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 301 
SƏNƏDİN ÇAPA HAZIRLANMASI VƏ ÇAP EDİLMƏSİ 
Microsoft 2010-un yeni interfeysində çap üçün istifadə ediləcək bütün 
sazlamalar ekrana açılmış dialoq pəncərəsində toplanmışdır. Dialoq pəncərəsini 
ekrana açmaqdan ötrü File (Файл-Fayl) qoşmasını seçmək lazımdır. Açılan 
menyuda mausun oxunu Print (Печать-Çap et) bəndinin üzərinə gətirin. Çapı 
tənzimləyən dialoq pəncərəsi ekrana açılacaq (şəkil 97.). 
Sazlama pəncərəsinin sağ hissəsində kağız vərəqdəki xidməti sazlamalar 
nəzərə alınmadan (Окончательный вариант листа-Vərəqlərin son variantı)nın 
çap ediləndən sonra necə görünəcəyinə baxmaq olar. (Содержимое текущего 
листа-Cari vərəqin məzmunu) printerlə çap ediləndən sonra necə görünəcəksə, 
dialoq pəncərəsində də elə əks olunur.
Print (Печать-Cap et) düyməsini sıxmaqla sənədi çap etmək olar. 
Printer sözünün altında cari printerin adı yazılmış açılan siyahı yerləşir. Əgər 
kompüter bir neçə printerə qoşulmuş olarsa həmin siyahıdan istifadə etməklə çap 
işi yerinə yetiriləcək printeri seçmək olar. Daha aşağıda isə digər çap parametrləri 
yerləşən açılan siyahı yerləşir. Bu siyahıdan istifadə etməklə əvvəlcədən 
hazırlanmış şablonlardakı (ülgülərdəki) məlumatlar əsasında vərəqdəki sahələrin 
enini də seçmək olar (şəkil 98.). 
Şəkil 97. Çapın tənzimlənməsi və çapa öncə baxış 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
302 
Şəkil 98. Vərəqin sahələrinin eninin seçilməsi 
İş masasına açılan siyahılardan istifadə etməklə çapın sazlanmasından 
başqa səhifənin digər parametrlərini də daha dəqiq müəyyən etmək olar. 
Səhifənin parametrləri pəncərəsini Page Setup (Параметры страницы-
Səhifə qur) istinadını seçməklə ekrana çağırmaq olar. Bu istinad şəkil 98-də 
göstərilən pəncərənin aşağı hissəsində yerləşir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin