ÜLGÜLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ TƏQDİMATIN
HAZIRLANMASI
Qeyd etmək lazımdır ki, Microsoft PowerPoint 2007 proqramı istifadəçiyə əl
ilə müxtəlif xarakterli təqdimatlar hazırlamağa imkan versə də belə, bəzi hallarda
xüsusi ülgülərdən istifadə etmək daha əlverişli olur. Ümumi halda ülgü təqdimatın
hazırlanması üçün qayda və onun sazlaması üçün istifadə olunan bir sistemdir.
Microsoft PowerPoint 2007 proqramı istifadəçiyə ilk halda müəyyən sayda ülgülər
təqdim edir ki, bunlardan da istifadə etməklə o, müxtəlif xarakterli təqdimatlar
hazırlaya bilir. Bununla yanaşı istifadəçi İnternetdən də bəhrələnə bilər.
İnternetdə müxtəlif xarakterə malik çoxlu sayda təqdimatlar istifadəçinin
ixtiyarına verilir.
Bu bölmədə ülgüdən istifadə etməklə təqdimatın hazırlanması istifadəçiyə
aydınlaşdırılacaq.
Öncə Button “Office” (Кнопка “Office” – “Office” Düymələri) menyusundan
New (Создать-Yeni) əmrini seçin. Bu zaman iş masasına dialoq pəncərəsi
açılacaq (şəkil 107).
İ N F O R M A T İ K A
____________________________________________________________
312
Şəkil 107. Təqdimat üçün ülgünün seçilməsi
Dialoq pəncərəsinin sol tərəfində mausun köməkliyi ilə İnstalled Templates
(Установленные шаблоны - Quraşdırılmış ülgülər) kateqoriyasını seçin. İş
masasına seçimə uyğun İnstalled Templates (Установленные шаблоны -
Quraşdırılmış ülgülər) sahəsində çoxlu sayda ülgülər olan dialoq pəncərəsi
açılacaqdır (şəkil 108.).
Şəkil 108. Çoxlu sayda ülgülər təklif olunan İnstalled Templates (Установленные
шаблоны-Quraşdırılmış ülgülər) sahəsi
İ N F O R M A T İ K A
____________________________________________________________ 313
Sonrakı mərhələdə dialoq pəncərəsinin sağ tərəfində yerləşən sürüşdürmə
panelinin köməyi ilə dialoq pəncərəsinin aşağı/mərkəzi hissəsində yerləşən
Widescreen Presentation (Широкоэкранная презентация - Genişekranlı
təqdimat) ülgüsünü qeyd edin. Əmr yerinə yetirilən kimi dialoq pəncərəsinin sağ
tərəfində Widescreen Presentation (Широкоэкранная презентация -
Genişekranlı təqdimat) adlı ülgü istifadəçiyə tədim ediləcək.
Beləliklə, ekranda ülgünün birinci slaydı görünəcək (şəkil 109.).
Şəkil 109. Ülgünün birinci slaydı
Dialoq pəncərəsinin sağ/aşağı tərəfindəki Create (Создать - Yaratmaq)
düyməsini sıxın. Ekranda istifadəçinin yaratdığı (hazırladığı) ülgü tam şəkildə
görünəcəkdir (şəkil 110.).
|