İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə224/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   220   221   222   223   224   225   226   227   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
316 
Bunun üçün Outline (Структура-Quruluş) və ya Slids (Слайды-Slaydlar) 
qoşmalarından biri üzərinə mausun oxunu gətirin və sol düyməni sıxın.
Üçüncü slaydda öndə qeyd etdiyimiz kimi, “İnformatika” kafedrasının 
nəaliyyətləri əks olunacaqdır. Bura aşağıdakı nəaliyyətlər daxildir : 

Kafedra ona tapşırılan bütün işlərin öhdəsindən ləyaqətlə gəlir; 

Hər il kafedrda çoxlu sayda dərslik və dərs vəsaiti, həmçinin metodik 
göstərişlər hazırlanır və çap olunur; 

Kafedranın müəllimləri dərsləri yüksək səviyyədə keçirmək üçün texniki 
avadanlıqlardan geniş istifadə edirlər; 

Kafedranın əməkdaşları universitetin həyata keçirdiyi bütün tədbirlərdə 
fəal iştirak edirlər. 
Beləliklə, istifadəçi proqramın imkanlarından istifadə etməklə istədiyi sayda 
slaydlar hazırlayıb onu dinləyicilər qarşısında nümayiş etdirə bilər (şəkil 113.). 
Şəkil 113. Nümayiş üçün hazırlanmış növbəti slayd 
Bəzən istifadəçi hazırladığı slaydı nümayiş üçün lazımlı bilmir. Bu məqsəd ilə 
slaydı nümayiş siyahısından çıxartmaq üçün onu seçmək və [Del] düyməsini 
sıxmaq kifayətdir. 
Slaydlar üzərində işləri tamamladıqdan sonra hazırlanmış slaydları yaddaşda 
saxlamaq lazımdır. Bunun üçün istifadəçi Button “Office” (Кнопка “Office” – 
“Office” Düymələri) menyusundakı Save (Сохранить – Yaddaşa Yaz) və ya Save 
As (Сохранить как – Yeni Adla Yaddaşa Yaz) əmrlərindən istifadə edə bilər.
Növbəti əməliyyat hazırlanmış slaydların tərtibatının həyata keçirilməsidir. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 317 
YARADILMIŞ TƏQDİMATIN TƏRTİBATI 
Microsoft PowerPoint 2007 proqramı istifadəçiyə yaradılmış slaydın tərtibatı 
üçün geniş funksional imkanlar verir. Bu imkanların demək olar ki, hamısı 
proqram lentinin üzərində cəmlənmişdir. Bu alətlərdən (imkanlardan) istifadə 
edən istifadəçi hazırladığı slaydın fon rəngini dəyişdirməklə yanaşı, onun üzərində 
yığdığı mətnin şriftini, üslubunu, ölçüsünü, sazlanmasını, həmçinin slayda aid olan 
nə varsa, onların tərtibatını həyata keçirə bilər. 
Məsələn, istifadəçi tərtib etdiyi slayda standart rənglər çalarından seçdiyi 
rəngi tətbiq edə bilər, və yaxud, rəng çalarlarında olmayan qeyri-standart rəngi 
əldə etməklə slaydın daha da cəlbedici görünməsini əldə edə bilər. 
Ümumiyyətlə, Microsoft PowerPoint 2007 proqramında təqdimatın tərtibatı 
üçün müxtəlif mövzular, üslub fonları və müxtəlif alətlər toplusu və s. istifadəçinin 
ixtiyarına verilir. Bütün bu imkanlar proqramın lentində yerləşən Design (Дизайн 
- Dizayn) qoşmasında yerləşir (şəkil 114.).
Şəkil 114. Təqdimatın tərtibatı üçün istifadə edilən alətlərin yerləşdiyi Design 
(Дизайн-Dizayn) qoşması
Qeyd etmək lazımdır ki, istifadəçi tərtibatı öncədən hazırladığı slayda, 
həmçinin təqdimatın digər slaydlarına da tətbiq edə bilər. 
Ümumiyyətlə, istifadəçiyə məsləhət görülür ki, imkan daxilində tərtibatı 
ancaq bir slayda tətbiq etsin.
Tərtibatı nümunə kimi aydınlaşdırmaqdan ötrü əvvəlcədən hazırladığımız 
təqdimata nəzər salaq. 
İkinci hazırlanmış slaydı iş masasına gətiririk. Sonrakı mərhələdə lent 
üzərindəki Design (Дизайн-Dizayn) qoşmasındakı Baskground Style (Стили фона 
- Fon Üslubu) düyməsini sıxırıq (şəkil 115.). 
Ekrana açılmış dialoq pəncərəsindən 10 saylı Üslubu seçirik. Üslubun sıra 
nömrəsi mausun oxunu onun üzərinə gətirdikdə, seçimə uyğun olaraq ekranda 
göstərilən üslubun aşağı hissəsində əks olunacaq (şəkilə nəzər sal). 
Əməliyyatın nəticəsi şəkildə göstərilən kimi alınacaqdır (şəkil 115.). 
115 saylı şəkildən aydın görünür ki, seçilmiş üslubdan asılı olaraq təqdimatın 
bütün slayadları üsluba uyğun olaraq tərtib olunacaqlar.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin