İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə227/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   223   224   225   226   227   228   229   230   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
322 
Şəkil 122. Ekrana açılmış animasiya effektləri siyahısı
Bu zaman ekrana müxtəlif səsləri əks etdirən siyahı açılacaqdır (şəkil 123.). 
Siyahıdan istənilən səsi seçib ona qulaq asmaq olar. 
Şəkil 123. Ekrana açılmış səs effektlərinin siyahısı 
İstifadəçi slaydlara baxışın avtomatik olaraq sazlanmasını həyata keçirmək 
istəsə, onda lentin sağ tərəfində yerləşən Automatically After (Автоматически 
после - Növbətidən sonra avtomatik) düyməsini qeyd etməlidir (şəkil 123-ə nəzər 
sal).
Microsoft PowerPoint 2007 proqramın təqdim etdiyi müxtəlif xarakterli 
düymələrdən istifadə etməklə auditoriyanın zövqünə uyğun müxtəlif təqdimatlar 
hazırlamaq mümkündür. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 323 
 
FƏSİL XIV. VERİLƏNLƏR BAZASI 
 
 
İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət 
növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün 
verilənlər bazasından geniş istifadə olunur. 
Verilənlər bazası kompüterdə xüsusi formatlı fayllarda saxlanan 
informasiyadır. 
QEYD
: Verilənlər bazası texnologiyasının yaranması və inkişafı həm geniş 
aspektdə, ham də ki, məhdud aspektdə baxıla bilər. Geniş mənada baxışda 
verilənlər bazası texnologiyası bəşəriyyətin verilənləri təhlil etməsi və saxlaması 
üçün istifadə etdiyi ləvazımatların yaranması tarixinə qədərki dövrü əhatə edir. 
Buna misal olaraq qədim Şumerdə vergilərin və çar xəzinəsinin hesablanmasını 
göstərmək olar (bizim eradan əvvəl 4000 - ci il). Qeyd etmək lazımdır kı, belə 
yanaşmanın çatışmazlığı “verilənlər bazası” anlayışının “yuyulması” və faktiki 
olaraq “arxiv” anlayışı ilə qarışmasıdır. 
Verilənlər bazası termini (ingiliscə database) 1960-cı illərdə yaranmışdır və 
1964-1965-ci illərdə SDC (System Development Corporation) firmasi tərəfindən 
keçirilən simpoziumda istifadə olunmuşdur. Terminin geniş şəkildə istifadəsi 
1970-ci illərə təsadüf edir.
Verilənlər bazası bir-biri ilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsiplərlə təsvir 
olunan, saxlanan və idarə olunan, müxtəlif istifadəçilər tərəfindən müxtəlif 
məqsədlər üçün istifadə olunan strukturlaşdırılmış verilənlər toplusudur. Verilənlər 
adətən fayllarda (cədvəllərdə) saxlanılır. Verilənlər bazası konsepsiyasının əsas 
prinsipləri aşağıdakılardır: 
1.
Saxlanan verilənlərdə təkrarlanmaların aradan qaldırılması
. Eyni verilənlər 
bir neçə faylda aşkar edildikdə həmin verilənlər bir faylda saxlanmaqla, digər 
fayllardan çıxarılır və fayllar arasında əlaqələr yaratmaqla onlara müraciət təmin 
olunur; 
2.
Verilənlərin mərkəzləşdirilmiş idarə olunması
. Faylların fərdi emalından 
fərqli olaraq, mərkəzləşdirilmiş idarə olunma verilənlərin bazaya daxil edilməsi, 
dəyişdirilməsi, silinməsi və axtarışı əməliyyatlarının verilənlər bazası daxilində eyni 
üsul və vasitələrlə (proqramlarla) aparılmasını nəzərdə tutur; 
3.
Verilənlərin müstəqilliyi
. Verilənlərin tətbiqi proqramlardan və ya əksinə, 
tətbiqi proqramların verilənlərdən asılı olmaması çox vacib məsələdir. Verilənlər 
bazasında bu məsələ verilənlərin çoxsəviyyəli müstəqil təsviri və bu təsvirlərin 
yaradılma mexanizmlərinin müstəqilliyi ilə əldə edilir. Nəticədə verilənlərin məntiqi 
və fiziki səviyyələrdə dəyişdirilməsinin tətbiqi proqramlara təsiri aradan qaldırılır; 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin