İ N F O R M A T İ K A ____________________________________________________________
328
Unikal və açar sahələr . Cədvəllər arası əlaqəni yaratmaq və bu
cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal
sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun
təkrarlanmır.
Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün
açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və
ya bir neçə sahələr kombinasiyasını) açar sahə kimi qeyd etmək lazımdır. Açar
sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını
yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.
Əgər cədvəl yaradılarkən proqramçı (verilənlər bazasının administratoru)
açar sahə verməyibsə, verilənlər bazasının idarə sistemləri cədvəldə ilkin açar
sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez
sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eyni mənalı yazı ola bilməz,
çünki bu sahənin mahiyyəti avtomatik mənimsədilir.
Verilənlər bazasının idarə sistemləri, onların məqsədi və təsnifatı . Verilənlər bazasını yaradarkən hər hansı bir proqramlaşdırma dilinin
mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması verilənlər bazasının
inkişafında bir qədər ləngitmələrə səbəb olurdu. Lakin verilənlər bazasının idarə
sistemlərinin meydana gəlməsi ilə bu çətinliklər aradan qaldırıldı.
Verilənlər bazasının idarə sistemləri verilənlər bazasının faylları ilə işləmək
üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
Verilənlər bazasının idarə sistemləri xüsusi obyektlərə malikdir və bu
obyektlərin köməyi ilə verilənlər bazasının yaradılması və istifadəsi ilə bağlı bütün
işləri idarə edir.
Verilənlər bazasının idarə sistemlərinin təsnifatı . Verilənlər bazasının
idarə sistemləri öndə qeyd edildiyi kimi verilənlər bazasının üç modelinə uyğun
olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. İyerarxik və şəbəkə modelinin
çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki
göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu verilənlər bazası yeganə bir
məntiqi göstəriciyə əsasən qurulur. Relyasion verilənlər bazası adətən
münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.
İndiki zamanda ən geniş yayılmış verilənlər bazasının idarə sistemləri
verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların
daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır.
Verilənlər bazasının relyasion idarə sistemləri (VBRİS) idarə etdikləri
verilənlər bazasının tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata
malikdirlər:
1.