Yüksək səviyyəli verilənlər bazasının relyasion idarəetmə
sistemləri
. Belə sistemlərlə yüzlərlə və minlərlə Qiqabayt (Qbayt) tutumlu
nəhəng verilənlər bazasını idarə etməyə və onlardan eyni zamanda minlərlə
istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda
istifadə olunur. Sistemə nümunə kimi ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11
və s. göstərmək olar.
İ N F O R M A T İ K A
____________________________________________________________ 329
2.
Orta səviyyəli verilənlər bazasının relyasion idarəetmə
sistemləri
. Belə sistemlər bir neçə yüz Qiqabayt tutumlu verilənlər bazasını idarə
etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu
sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə
olunur. Sistemə nümunə kimi IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL
Server 6.0. və s. göstərmək mümkündür.
3.
Aşağı səviyyəli verilənlər bazasının relyasion idarəetmə
sistemləri
. Bu tip sistemlər 1 Qiqabayt tutumlu verilənlər bazasının idarə
olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir.
Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunur. Sistemə nümunə
kimi NetWare SQL 3/0, Gupta SQL-Base Server və s. göstərmək olar.
4.
Masaüstü verilənlər bazasının idarəetmə sistemləri
. Bu sistemlər
bir istifadəçi üçün nəzərdə tutulmuşdur və masaüstü verilənlər bazasının
yaradılması və ya kliyent kimi verilənlər bazasının serverinə qoşulmaq üçün
istifadə olunurlar.
Verilənlər bazasının idarə sistemlərinin arxitekturası istifadəçilərin müxtəlif
tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı
verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün
ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:
xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və verilənlər
bazası administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
|