İ N F O R M A T İ K A
____________________________________________________________
330
İ N F O R M A T İ K A
____________________________________________________________ 331
FƏSİL XV. MICROSOFT ACCESS 2007 -
VERİLƏNLƏR BAZASININ İDARƏETMƏ SİSTEMİ
Verilənlər bazasını idarə etmək ücün xüsusi proqram vasitələrindən istifadə
edilir. Bunlardan biri də “ACCESS” offis proqramıdır.
Microsoft Office 2007 paketinə daxil olan Microsft Access 2007 əlavəsi
verilənlər bazası ilə işləmək üçün ən güclü proqramlardan biri sayılır. Əməliyyat
sisteminin əski versiyalardan əsas üstünlüyü onun təcrübəsiz istifadəçi üçün
həddindən artıq əlverişli olmasıdır.
ƏMƏLİYYAT SİSTEMİNİN İŞƏ SALINMASI
Əməliyyat sistemini işə salmaqdan ötrü Start (Пуск-Başla) menyusundan
Start (Пуск-Başla) əmrini seçmək lazımdır. Bu zaman masaüstünə All programs
(Все программы-Bütün proqramlar) altmenyusu açılacaq. İstifadəçi açılmış
altmenyudan Microsoft Access 2007 əmrini seçə bilər.
Əməliyyat sisteminin işə salınmasının digər yolu isə Desktop (Рабочий стол-
İş masası)nda əməliyyat sisteminə aid olan yarlıkın (ikonun) üzərinə mausun
oxunu gətirib sol düyməni iki dəfə sıxmaqdır. Ekrana Microsoft Access 2007
əməliyyat sisteminin əsas pəncərəsi açılacaqdır (şəkil 124.).
İstifadəçi dialoq pəncərəsində verilmiş parametrlərin köməkliyi ilə
proqramdan lazımı səviyyədə istifadə edə bilər.
Dialoq pəncərəsinin sol tərəfində yerləşən (Категории шаблонов-Ülgülərin
kateqoriyası) sahəsi özündə verilənlər bazasının hazır əlavələrini cəmləşdirir.
Əlavələrdən istifadə edən istifadəçi ona lazım olduqda zövqünə uyğun olaraq
onları dəyişdirə bilər. Bununla yanaşı istifadəçi proqramın ona təklif etdiyi
əlavələrdən istifadə edə bilməzsə, onda o, onu maraqlandıran əlavə və yaxud
əlavələri İnternetdən çəkə bilər. Bu məqsədlə o, (Категории шаблонов-Ülgülərin
kateqoriyası) sahəsindəki (Из Microsoft Office Online-Microsoft Office Online
qrupu) əmrini seçib İnternetə qoşulmaqla lazım olan ülgünü əldə etməlidir.
İstifadəçi (Из Microsoft Office Online-Microsoft Office Online qrupu) əmrini
seçən zaman dialoq pəncərəsinin orta hissəsində cari anda onun tərəfindən
seçilmiş ülgülərin siyahısı ekrana açılacaqdır (şəkil 125.).
|