İ N F O R M A T İ K A
____________________________________________________________ 311
PowerPoint 2007 fayllarının formatlarından aşağıda göstərilənlər təsadüfü
hallarda istifadə olunur:
PowerPoint-in nümayişi, makrosları dəstəkləməklə
PowerPoint-in
nümayişi, PowerPoint 97-2003–ü dəstəkləməklə PowerPoint-in
nümayişi, PowerPoint-in sazlanması, PowerPoint 97–2003-ü dəstəkləməklə
PowerPoint-in nümayişi, XML-ə uyğun PowerPoint-in nümayişi.
Save (Сохранить - Yaddaşa Yaz) düyməsini sıxın və bu zaman hazırladığınız
təqdimat göstərilən parametrlərə uyğun olaraq yaddaşa yazılacaqdır.
Proqramdakı Save As (Сохранить как - Yaddaşa Yeni Adla Yaz) əmrindən
istifadə etməklə cari təqdimatı başqa adla yaddaşa yazıb saxlamaq olar. Bu
əmrdən əsasən
o zaman istifadə olunur ki, istifadəçi üzərində işlədiyi təqdimata
əlavələr etməlidir.
Belə olan halda o, hazırladığı təqdimatı ilkin vəziyyətə uyğun
yaddaşda saxlamaqla (lazım olduqda ondan sonrakı mərhələlərdə istifadə etmək
üçün) yeni adla yaddaşda saxlayır.
Qeyd etmək lazımdır ki, Save As (Сохранить как - Yeni Adla Yaddaşa Yaz)
əmri bir çox hallarda müstəqil əmr kimi, bəzi hallarda isə altmenyu kimi istifadəçi
tərəfindən istifadə edilə bilər. Əmrdən istifadə etmək üçün mausun oxunu onun
üzərinə gətirib sol düyməni sıxmaq kifayətdir. Və yaxud, altmenyunu açmaq üçün
mausun oxunu altmenyunun üzərində bir qədər saxlamaq lazımdır. Və yaxud da
altmenyunun sağ tərəfindəki aşağıya ox düyməsinin
üzərinə mausun oxunu
gətirib sol düyməni sıxmaqla menyunu açmaq kifayətdir.
Dostları ilə paylaş: