İ N F O R M A T İ K A
____________________________________________________________
38
İqtisadi informasiya sistemləri ümumi formada aşağıdakı kimi göstərilir.
Texniki təminat məlumatların işlənmə sisteminin
fəaliyyəti üçün tətbiq
edilən texniki vasitələr kompleksindən ibarətdir. Bu kompleksin tərkibinə həm
məlumatların işlənməsinin tipik əməliyyatlarını reallaşdıran vasitələr (informasiya
toplayan, qeyd edən,
ilkin işləyən, periferiya qurğuları, müxtəlif təyinatlı təşkilat
texnikası, telekommunikasiya və rabitə vasitələri və s.), həm də müxtəlif
parametrlərə malik hesablama maşınları daxildir.
İnformasiya sisteminin riyazi təminatına konkret hesablama maşınının riyazi
təminatı ilə yanaşı, ayrı-ayrı məsələlərin riyazi təminatı, sənədlər və təminatlar
daxildir. Ümumi sistemin riyazi təminatı isə istehsal-iqtisadi
məsələlərin işçi
proqramlarının tərtibi zamanı sistemin fəaliyyətini təmin edən vasitələrin və
standart proqramların məcmusundan ibarətdir.
Proqram təminatı məlumatların avtomatlaşdırlmış işlənmə sisteminin
yaradılması və istismarı üçün istifadə edilən proqram vasitələrinin məcmusundan
ibarətdir. Proqram təminatının tərkibinə baza (ümumi sistem) və tətbiqi (xüsusi)
proqram məhsulları daxildir. Baza proqram vasitələri
insan və kompüterin
qarşılıqlı fəaliyyətinin avtomatlaşdırılması, məlumatların işlənməsinin tipik
proseduralarının təşkili, məlumatların işlənməsi sisteminin texniki vasitələrinin
fəaliyyətinin nəzarət edilməsi və onların diaqnostikasına xidmət göstərir.
Tətbiqi proqram təminatı informasiya sisteminin
funksional məsələlərinin
həlli prosesinin avtomatlaşdırılması üçün istifadə edilən proqram məhsullarının
məcmusundan ibarətdir. Onlar həm universal vasitələr kimi (mətn redaktorları,
elektron cədvəlləri, məlumat bazalarının idarə edilməsi sistemləri), həm də
müxtəlif təbiətli obyektlərin funksional altsistemləri məsələlərinin reallaşdırılması-
nın xüsusi vasitələri kimi işlənib hazırlana bilər.
İnformasiya təminatı informasiyanın
yerləşdirilməsi, təşkili üsulları və vasi-
tələri məcmusundan ibarət olmaqla unifikasiya edilmiş sənədlər sistemini, əlverişli
sənəd dövriyyəsi və sənəd formalarını, təsnifat və kodlaşdırma sistemini və
sistemin maşındaxili informasiya bazasının yaradılması üsullarını
özündə
birləşdirir. Qəbul edilən idarəetmə qərarlarının düzgünlüyü və keyfiyyəti xeyli
dərəcədə işlənib hazırlanmış informasiya təminatının keyfiyyətindən asılıdır.
İnformasiya sisteminin təşkilati təminatı dedikdə, iqtisadi-riyazi metodların
EHM (Elektron Hesablama Maşınları) və təşkil texnikasının geniş tətbiqi şəraitində
Texniki
təminat
Riyazi təminat
Proqram təminatı
İnformasiya təminatı
Təşkilati təminat
Hüquqi təminat
İnformasiya
sistemi