İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə37/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   33   34   35   36   37   38   39   40   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
36 
İNFORMASİYA SİSTEMİ, STRUKTURU. 
İNFORMASİYA SİSTEMİ İQTİSADİ İNFORMASİYANIN 
ƏSAS OBYEKTİ KİMİ 
Müəyyən qrup obyektlərin vəziyyətini əks etdirən informasiyanın formalaş-
ması, yığılması, saxlanması, axtarışı, işlənməsi və ötürülməsi proseslərini yerinə 
yetirən sistemə 
informasiya sistemi
deyilir. 
İnformasiya sisteminin yaradılmasında məqsəd istifadəçiləri lazımi 
informasiya ilə təmin etməkdən ibarətdir. İnformasiya sisteminə misal olaraq 
qeyd kitabçasını, müxtəlif məlumat-arayış kitabçalarını, kartotekalarda təşkil 
olunmuş biblioqrafik sistemləri və s. göstərmək olar. 
İnformasiya sistemlərinin elementləri məzmunu və reallaşdırılması əlamətinə 
görə idarəetmə sistemləri iqtisadi, texniki, sosial, bioloji və s. sistemlərə ayrılırlar. 
İdarəetmə sistemlərində idarəetmə obyektləri ilə qarşılıqlı əlaqə yolu ilə idarəedici 
elementlərin reallaşdırılması həyata keçirilir. Bu sistemlər içərisində iqtisadi 
sistemlər daha geniş yer tutur. 
İqtisadi sistemlər maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və 
istehlakını həyata keçirməklə, cəmiyyətin funksional altsistemidir. İqtisadi 
informasiya sistemlərin fəaliyyəti zamanı insanlar müəyyən ictimai-istehsal və 
iqtisadi münasibətlərdə olurlar. Ona görə də iqtisadi informasiya sistemləri 
məhsuldar qüvvələrlə istehsal münasibətlərinin vəhdətindən təşkil edilir. 
İqtisadiyyatın idarə edilməsinin informasiya sistemi özünəməxsus 
xüsusiyyətlərə 
malikdir 
və 
bu 
xüsusiyyətlər 
idarəetmə 
obyektinin 
xüsusiyyətlərindən irəli gəlir. 
İqtisadi informasiya sistemi obyektlərin fəaliyyətini adekvat (olduğu kimi) 
şəkildə əks etdirmək və idarəetmə funksiyalarını təmin etmək üçün nəzərdə 
tutulmuşdur. 
İnformasiya sistemlərinin öyrənilməsi məqsədilə təhlil və sintez həyata 
keçirilir. Təhlil vasitəsilə iqtisadi informasiyanın xassələri, onun qiymətləndirilməsi, 
adekvat informasiya dilinin seçilməsi təmin olunur. 
Sintez isə iqtisadi məsələlərin maşında həll edilməsi sistemlərinin 
qurulmasının, o cümlədən informasiya daşıyıcılarının, onun kodlaşdırılmasının və 
klassifikatorlarının layihələndirilməsinə xidmət edir.
İnformasiya sistemlərinin tədqiq edilməsi məsələlərin müasir kompüterdə 
həllinin layihələndirilməsindən əvvəl həyata keçirilməlidir. Bu halda məsələlərin 
tərkibi və parametrləri, informasiyanın təsnifləşdirilməsi məntiqi səviyyədə onun 
quruluşunu aşkar edir. 
Müasir kompüter texnologiyaları əsasında yaradılan informasiya sistemləri 
avtomatlaşdırılmış iqtisadi informasiya sistemləri adlanır. Avtomatlaşdırılmış 
iqtisadi informasiya sistemləri texniki, proqram, linqvistik və metodoloji vasitələr 
komplekslərindən təşkil olunmuş mürəkkəb bir sistemdir. Texniki vasitələrin 
tərkibinə fərdi kompüterlərdən başqa informasiyanın avtomatik ötürülməsi, qeyd 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin