İ N F O R M A T İ K A ____________________________________________________________ 31
F Ə S İ L II. SİSTEM VƏ İNFORMASİYA SİSTEMLƏRİ SİSTEM. ALTSİSTEM. SİSTEMİN ƏSAS XARAKTERİSTİKALARI Dünyada heç bir hadisə və ya proses səbəbsiz baş vermir, nizamsız, qeyri-
qanuni fəaliyyət göstərmir. Dünya sistemdirsə, onu təşkil edən maddi proseslər
də sistemdir. Buradan aydın olur ki, bir sistem özündən daha böyük sistemin ya
altsistemidir, ya da elementidir. Element də kiçik sistemlərə bölünür ki, onlarda
heç də bəsit olmurlar. Onların da altsistemləri, elementləri vardır. Bütünlükdə
kainatın hələlik ən xırda tərkib hissəsi, maddi əsası sayılan mikrohissəciklərin də
mürəkkəb daxili quruluşu, altsistemləri və elementləri vardır.
Kibernetik nöqteyi nəzərdən sistem ayrı-ayrılıqda sərbəst olan, vahid bir
məqsədə xidmət edən və eyni təbiətli elementlərin məcmusudur. Başqa sözlə
sistem dedikdə bir-biri ilə qarşılıqlı əlaqədə olan element və hissələrin nizamlı
düzülüşü nəzərdə tutulur.
Sistemin hər bir elementini müəyyən dəyişən kəmiyyətlə əlaqələndirmək
olur ki, bunlara da sistemin koordinatları deyilir. Əgər həmin dəyişən kəmiyyətləri
ölçmək və konkret bir rəqəmlə ifadə etmək mümkün olarsa, onda uyğun sistemin
vəziyyətini müəyyən etmək olar. Sistemin öyrənilməsində bütün elementlər deyil,
ona xas olan elementlər tədqiq olunur. Həmin əsas elementlər isə qarşıya
qoyulan məqsəddən asılı olaraq müəyyənləşdirilir. Belə ki, hər hansı tədqiqatda
əsas kimi qəbul olunan element, başqa tədqiqatlarda yardımçı element ola bilər.
Xüsusi hallarda müəyyən dövr ərzində nəzərdə tutulmuş hissədə sistemin
bütün elementləri ya özlərinin əvvəlki vəziyyətində qalır, ya da cüzi miqdarda
dəyişir ki, bu da tədqiqatın nəticəsinə heç bir əsaslı təsir etmir və ona görə də
sistemin tədqiqində nəzərə alınmır. Belə sistem statik sistem adlanır. Statik
sistemdə elementlər nisbi kəmiyyətlərdir və onlar sistemin koordinatları hesab
olunur.
QEYD : Kibernetika yunan sözü olub “idarəetmə mədəniyyəti” anlamını
verir. Kibernetika mürəkkəb idarəetmə sistemlərində informasiyanın alınması,
saxlanılması, ötürülməsi və çevrilməsi proseslərinin ümumi qanunauyğunluqları ilə
məşğul olan elm sahəsidir.
Qədim yunan flosofu Platon öz əsərlərində kibernetikanı bir halda gəmini
idarəetmə ustalığı, digər halda isə insanlara rəhbərlik mədəniyyəti adlandırır.
Qeyd etmək lazımdır ki, romalılar tərəfindən istifadə olunan “Kubernetes”