İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


İNFORMASİYA SİSTEMİNİN APARAT VƏ



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə39/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   35   36   37   38   39   40   41   42   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

 
İNFORMASİYA SİSTEMİNİN APARAT VƏ 
PROQRAM HİSSƏSİ 
 
Kompüter informasiya sistemində yerinə yetirilən işin texnologiyası, 
kompüterin tətbiq olunduğu sahələrdən kənarda fəaliyyət göstərən mütəxəssis 
tərəfindən asanlıqla başa düşülür, mütəxəssisin peşə fəaliyyəti proseslərinə 
nəzarəti və həmin prosesləri idarə etməsi zamanı uğurla istifadə olunur. 
İqtisadi informasiya sistemlərinin tətbiq edildiyi sahədən asılı olmayaraq 
informasiyanın işlənməsinin bütün sistemləri praktiki surətdə elmi tərkib hissələr 
(komponentlər) yığımını özündə birləşdirir və bu komponentlər şərti olaraq 
təminat növləri adlandırılır. 
Beləliklə istənilən informasiya sistemləri quruluşu təminat altsistemlərin 
yığımı (quruluşu) kimi təsəvvür edilir.


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
38 
İqtisadi informasiya sistemləri ümumi formada aşağıdakı kimi göstərilir. 
 
Texniki təminat məlumatların işlənmə sisteminin fəaliyyəti üçün tətbiq 
edilən texniki vasitələr kompleksindən ibarətdir. Bu kompleksin tərkibinə həm 
məlumatların işlənməsinin tipik əməliyyatlarını reallaşdıran vasitələr (informasiya 
toplayan, qeyd edən, ilkin işləyən, periferiya qurğuları, müxtəlif təyinatlı təşkilat 
texnikası, telekommunikasiya və rabitə vasitələri və s.), həm də müxtəlif 
parametrlərə malik hesablama maşınları daxildir. 
İnformasiya sisteminin riyazi təminatına konkret hesablama maşınının riyazi 
təminatı ilə yanaşı, ayrı-ayrı məsələlərin riyazi təminatı, sənədlər və təminatlar 
daxildir. Ümumi sistemin riyazi təminatı isə istehsal-iqtisadi məsələlərin işçi 
proqramlarının tərtibi zamanı sistemin fəaliyyətini təmin edən vasitələrin və 
standart proqramların məcmusundan ibarətdir. 
Proqram təminatı məlumatların avtomatlaşdırlmış işlənmə sisteminin 
yaradılması və istismarı üçün istifadə edilən proqram vasitələrinin məcmusundan 
ibarətdir. Proqram təminatının tərkibinə baza (ümumi sistem) və tətbiqi (xüsusi) 
proqram məhsulları daxildir. Baza proqram vasitələri insan və kompüterin 
qarşılıqlı fəaliyyətinin avtomatlaşdırılması, məlumatların işlənməsinin tipik 
proseduralarının təşkili, məlumatların işlənməsi sisteminin texniki vasitələrinin 
fəaliyyətinin nəzarət edilməsi və onların diaqnostikasına xidmət göstərir.
Tətbiqi proqram təminatı informasiya sisteminin funksional məsələlərinin 
həlli prosesinin avtomatlaşdırılması üçün istifadə edilən proqram məhsullarının 
məcmusundan ibarətdir. Onlar həm universal vasitələr kimi (mətn redaktorları, 
elektron cədvəlləri, məlumat bazalarının idarə edilməsi sistemləri), həm də 
müxtəlif təbiətli obyektlərin funksional altsistemləri məsələlərinin reallaşdırılması-
nın xüsusi vasitələri kimi işlənib hazırlana bilər. 
İnformasiya təminatı informasiyanın yerləşdirilməsi, təşkili üsulları və vasi-
tələri məcmusundan ibarət olmaqla unifikasiya edilmiş sənədlər sistemini, əlverişli 
sənəd dövriyyəsi və sənəd formalarını, təsnifat və kodlaşdırma sistemini və 
sistemin maşındaxili informasiya bazasının yaradılması üsullarını özündə 
birləşdirir. Qəbul edilən idarəetmə qərarlarının düzgünlüyü və keyfiyyəti xeyli 
dərəcədə işlənib hazırlanmış informasiya təminatının keyfiyyətindən asılıdır. 
İnformasiya sisteminin təşkilati təminatı dedikdə, iqtisadi-riyazi metodların 
EHM (Elektron Hesablama Maşınları) və təşkil texnikasının geniş tətbiqi şəraitində 
Texniki təminat 
Riyazi təminat 
Proqram təminatı 
İnformasiya təminatı 
Təşkilati təminat 
Hüquqi təminat 
İnformasiya 
sistemi 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin