İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə36/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   32   33   34   35   36   37   38   39   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 35 
İqtisadiyyata xas olan əsas əlamətlərdən biri onun müxtəlif funksiyaları 
yerinə yetirən, külli miqdar elementlərin birləşməsindən ibarət olan mürəkkəb 
dinamik sistem olmasıdır. Bununla yanaşı, iqtisadi sistemlərin texniki və bioloji 
böyük sistemlərdən fərqli olan bir sıra xüsusiyyətləri vardır. Bunlar 
aşağıdakılardan ibarətdir: 
1.Böyük iqtisadi sistemlər müəyyən bir məqsədə yönəldilir. Onun bütün 
altsistemləri, elementləri eyni məqsədə, ümumi sistem qarşısında qoyulan 
məqsədin yerinə yetirilməsinə xidmət edirlər.
2.İqtisadi sistemlərin mürəkkəbliyi bununla izah olunur ki, sistemin bir 
hissəsində (altsistemlərində) dəyişilmə zəruriliyi, digər hissələrin də dəyişilməsi 
zəruriliyini ortaya atır. Məsələn, süni lif və plasmas istehsalı texnologiyasının 
dəyişilməsi və inkişafı nəinki kimya sənaye sahələri quruluşunun dəyişilməsinə 
səbəb olmuş, hətta ictimai istehsalın və istehlakın quruluşuna böyük təsir 
göstərmişdir.
Sistemin mürəkkəbliyinin başqa əlaməti onun altsistemləri və altsistem 
daxilində olan elementlər arasında külli miqdar əks-əlaqənin olmasıdır. İctimai 
istehsalda əks-əlaqəyə misal kapital qoyuluşu vasitəsilə yaradılan əlaqəni 
göstərmək olar. 
3.İqtisadi sistemlərdə baş verən proseslərin mexanikləşdirilməsi və 
avtomatlaşdırılması. İctimai istehsalın ayrı-ayrı inkişaf mərhələlərində insan 
aparıcı rol oynamış və indi də oynayır. Müasir şəraitdə “insan-maşın” sistemlərinin 
yaradılmasında insanın rolu olduqca böyükdür. 
4.İqtisadi sistemlərin fasiləsiz inkişaf etdirilməsi. Elmi-texniki tərəqqi, ictimai 
tələbin və əhalinin sayının artması, iqtisadi sistemlərin quruluşunun dəyişilməsini, 
onun hissələri və elementləri arasında olan əlaqənin daha da təkmilləşdirilməsini 
tələb edir. Ona görə də yeni istehsal müəssisələri və istehsal sahələri meydana 
gəlir, istehsalın texnologiyası və istehlakın quruluşu əsaslı surətdə dəyişilir, köhnə 
istehsal müəssisələri sıradan çıxır. 
5.İqtisadi sistemin elementlərinin və istehsal üsulunun bir-birini qarşılıqlı 
əvəz etməsi. Qarşılıqlı əvəz etmə geniş mənada, istehsal prosesində həlledici amil 
olan canlı və maddiləşmiş əməyi və maddi ehtiyatlar məsrəfini əhatə edir. Ona 
görə də hər hansı məhsul, komponentlərin müəyyən nisbətində istehsal olunur. 
İqtisadi sistemlərə təbiət və cəmiyyət tərəfindən təsir olunur. Həmin xarici 
təsirlər əsas etibarilə fasiləsiz deyil, təsadüfi xarakter daşıyır. 
Beləliklə, bütün iqtisadi proseslərə təsadüfi amillər təsir edir, buna görə də 
həmin sistemlərin gələcək istiqaməti müəyyən qədər qeyri-müəyyən olur. Belə 
sistemlər, onların istiqamətini müəyyən qədər obyektiv təyin edən, ehtimal modeli 
vasitəsilə xarakterizə olunur.

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin