İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə34/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   30   31   32   33   34   35   36   37   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
32 
sözü sonralar Avropada “Qubernator” sözü kimi uzun illər boyu istifadə edilmişdir.
“Kibernetika” terminini ilk dəfə görkəmli fransız fiziki, alim Andre-Mari 
Amper (1775-1836) “Elmin fəlsəfəsi haqqında təcrübə” (1834-1843) əsərində 
istifadə etmişdir. Uzun illər boyu söz unudulmuş və 1948-ci ildə Norbert Viner 
(1894-1964) tərəfindən təklif edilmişdir. Alim bu sahəni 1954-cü ildə çap etdirdiyi 
“Kibernetika və cəmiyyət” əsərində ətraflı tədqiq etmişdir.
Kibernetikanın daha çox fəlsəfi baxımdan araşdırılması fransız alimi Lui 
Kuffinyala məxsusdur (bu 1956-cı ilə təsadüf edir). 
Platon 
A.M. Amper 
Sistem fəaliyyət göstərdikdə onun elementləri arasında qarşılıqlı əlaqə 
yaranır. Əgər bu əlaqə zamandan asılı olmazsa, onda sistemin elementləri 
arasındakı əlaqə statistik əlaqə adlanır. Əgər sistemin elementləri arasındakı 
əlaqə zamandan asılı olaraq dəyişirsə, onda belə əlaqə dinamik əlaqə adlanır. Bir 
halda ki, statik sistemlər zamana nəzərən öz vəziyyətini dəyişmir, deməli onlarda 
idarəetmə qanunları fəaliyyət göstərmir. Elə buna görə də kibernetika statik 
sistemləri öz tədqiqat obyektinə daxil etmir, yalnız dinamik sistemlərdə gedən 
proseslərin idarə olunması prinsiplərini öyrənməklə məşqul olur. 
Kibernetik tədqiqatlarda sistem olmadıqda idarəetmədən söhbət gedə 
bilməz. Ona görə də idarəetmə hər hansı mürəkkəb sistemin əsas xassəsi hesab 
olunur. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 33 
Sistemləri iki əlamətə: fəaliyyət şərtlərinə görə və mürəkkəblik dərəcəsinə 
görə təsnifləşdirmək olar. 
Fəaliyyət şərtlərinə görə sistemlər determinə olunmuş (müəyyən) sistemə 
və ehtimallı sistemə ayrılır. 
Determinə olunmuş sistemlərdə onun elementləri və bu elementlər 
arasındakı qarşılıqlı əlaqələr qabaqcadan müəyyən olunmuş qaydada mövcud olur. 
Bu növ sistemlərin tədqiqatı zamanı heç bir qeyri-müəyyənlik olmur. Belə halda 
sistemin özünü necə aparacağı əvvəlcədən məlumdur. 
Ehtimallı sistemlərdə elementlər və onlar arasındakı əlaqələrin dəyişməsi 
ehtimal xarakterlidir, yəni müxtəlif vəziyyətlərdə bu sistemlərin özlərini necə 
aparacağı barədə əvvəlcədən fikir söyləmək çətindir. Odur ki, bu növ sistemlər 
idarəetmə baxımından xüsusi maraq doğurur və praktikada bunlara daha çox 
təsadüf edilir.
Mürəkkəblik dərəcəsinə görə sistemlər sadə, mürəkkəb və çox mürəkkəb 
sistemlərə bölünür. 
Sadə sistemlər qarşılıqlı əlaqədə fəaliyyət göstərən az sayda elementlərdən 
ibarət olub, şaxələnməyən quruluşa malikdir. Bu cür sistemlər və onlardakı 
dəyişikliklər asanlıqla təsvir oluna bilər. 
Mürəkkəb sistemlər qarşılıqlı əlaqədə fəaliyyət göstərən çoxsaylı 
elementlərdən ibarət olub, şaxələnən quruluşa malikdir və daha mürəkkəb 
funksiyaları yerinə yetirir. Hər hansı bir elementin və ya əlaqənin dəyişilməsi 
sistemin bir çox elementlərinin dəyişilməsinə səbəb olur.
Çox mürəkkəb sistemlər elə sistemlərdir ki, onların vəziyyətini bu və ya 
başqa səbəblərə görə tam şərh etmək mümkün olmur. Buna ölkənin 
iqtisadiyyatını, fermerlərin fəaliyyətini və insan beynini misal göstərmək olar. 
Sistemlər fasiləsiz (analoq sistem) və diskret (impuls) olur. Sistemin 
fəaliyyət göstərdiyi müddət ərzində giriş siqnallarının təsiri fasiləsiz olarsa, onda 
belə sistemə fasiləsiz sistem deyilir. Giriş siqnallarının təsiri ara bir olarsa, onda 
belə sistemə diskret sistem deyilir. 
Sistemin elementlərini öyrənən və onlar arasında əlaqəni formalaşdıran 
zaman, adətən sistemin “girişi” və “çıxışı” anlayışlarından istifadə edilir. 
Sistemin girişi vasitəsilə xarici aləmdən (başqa elementlər vasitəsilə) 
sistemə, çıxışı vasitəsi ilə isə xarici aləmə (başqa elementlərə) təsir edilir. 
Sistemin elementində xarici təsiri xarakterizə edən kəmiyyət giriş kəmiyyəti 
(vəziyyəti), çıxışın vəziyyətini əks etdirən kəmiyyət isə çıxış kəmiyyəti adlanır. 
Məsələn, istehsal prosesini davam etdirmək üçün müəssisə giriş vasitəsilə xarici 
aləmdən maddi ehtiyatlar - xammal, yanacaq, yarımfabrikatlar, avadanlıq və s. 
alır, çıxışı vasitəsilə isə istehsal etdiyi məhsulu özündən kənarlaşdırır (xarici aləmə 
təsir edir).
Qeyd etmək lazımdır ki, uzun müddət sistemin girişi (daxil olan xammalın, 
avadanlığın miqdarı, çeşidi, müddəti) və çıxışı (satılacaq malın haraya, hansı 
qaydada və nə zaman satılması və s.) dəqiq müəyyən edilmirdi. Kibernetika 
elminin nailiyyətləri əsasında bu məsələ artıq müəyyən edilmək üzrədir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin