İ N F O R M A T İ K A ____________________________________________________________ 29
Bura operativ idarəetmə, istehsalın texniki hazırlığının idarə edilməsi və s. ilə
əlaqədar funksiyalar aiddir.
Plan informasiyası öz növbəsində proqnozlaşdırma, uzunmüddətli texniki
iqtisadi və operativ planlaşdırma informasiyasına, uçot informasiyası isə
mühasibat, statistika və operativ uçot informasiyasına bölünür.
İqtisadi informasiya yaranma mərhələləri və mənbələri əlamətlərinə görə
ilkin və törəmə informasiya növlərinə ayrılır.
İlkin informasiya müəssisənin, şirkətin istehsal-təsərrüfat və maliyyə
fəaliyyətinin həyata keçirilməsi zamanı, törəmə informasiya isə ilkin
informasiyanın müəyyən işlənmə prosesindən keçməsi nəticəsində yaranır.
Törəmə informasiya öz növbəsində aralıq və nəticə (icmal-yekun) informasiya
növlərinə ayrılır.
İqtisadi məsələlərin həlli və idarəetmə funksiyalarının yerinə yetirilməsi
baxımından informasiya yararlığına (qiymətliliyinə) və doğruluğuna görə
təsnifləşdirilir. İnformasiyanın yararlığı anlayışı hələ də bir mənalı qəbul edilmir.
Belə ki, eyni bir informasiya bir çox amillərdən asılı olaraq konkret halda həm
yararlı, həm də yararsız sayıla bilər. Bir nöqteyi nəzərdən yararlı olan informasiya,
digər nöqteyi nəzərdən yararsız hesab oluna bilər.
Ümumiyyətlə informasiyanın yararlılığı idarəetmənin tələblərinə nə dərəcədə
uyğun gəlməsi ilə müəyyən edilir.
İqtisadi informasiya dolğunluğuna görə tam, artıq və natamam informasiya
növlərinə ayrılır.
İdarəetmə işlərinin təmamilə yerinə yetirilməsinə imkan verən minimal
zəruri həcmdə yararlı informasiyaya tam informasiya deyilir.
Yararlı informasiyanın təkrarlanması (paralel surətdə yığılması və işlənməsi)
nəticəsində mövcud olan və idarəetmə işlərində istifadə edilməyən informasiyaya
artıq informasiya deyilir.
İqtisadi məsələlərin həllini təmin etməyən, idarəetmə işlərinin tələblərini
ödəməyən informasiyaya isə natamam informasiya deyilir.
İqtisadiyyatın idarə edilməsi informasiya qarşısında digər tələblər də qoyur.
Belə ki, səmərəli idarəetmənin həyata keçirilməsi üçün iqtisadi informasiya yararlı
və dolğun olmaqla yanaşı, həmçinin obyektiv və düzgün olmalıdır.
Başqa sözlə, düzgünlük əlaməti üzrə informasiya düzgün və düzgün
olmayan informasiya kimi növlərə ayrılır.
Hər hansı bir iqtisadi proses və ya hadisəni, iqtisadi sistemdə təsərrüfat
əməliyyatlarını obyektiv şəkildə əks etdirən informasiya düzgün informasiya
adlanır. Düzgün olmayan informasiyanın mövcudluğuna səbəb informasiyanın
yaranması prosesində yol verilən səhvlərdir. Səhvlər bilərəkdən və ya bilmədən
baş verə bilər.
Bilərəkdən yol verilən səhvlər demək olar ki, informatikadan daha çox digər
səhvlərin, bəzi hallarda hüququn predmetidir. İnformasiyanın yaranması və
çevrilməsi prosesində bilmədən yol verilən səhvlərin qarşısını almaq üçün müvafiq
işçilərin ixtisası artırılmalı, səmərəli həll üsulları işlənib hazırlanmalı, nəzarət