İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə29/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   25   26   27   28   29   30   31   32   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 27 
Göstəricilər əsas və əlamət rekvizitlərinin məntiqi məcmusudur. Göstəricilər 
iqtisadi prosesləri və əməliyyatları keyfiyyət və kəmiyyət baxımından xarakterizə 
etməklə, onlar haqqında təsəvvür yaradır. 
Göstərici bir əsas rekvizitə və bir neçə əlamət rekvizitinə malik ola bilər. 
İqtisadi proseslərin təsvirində və xarakterizə olunmasında göstərici müstəsna rola 
malik olduğuna görə, onu iqtisadi informasiyanın əsas quruluş vahidi hesab 
etmək olar. 
Göstəricilər xarakterizə etdikləri iqtisadi proseslərin müxtəlifliyi üzündən 
müxtəlif və çox saylıdır. Bu isə onların bir sıra əlamətlər üzrə təsnifləşdirilməsini 
tələb edir. Müxtəlif əlamətlər üzrə təsnifat aşağıdakı kimidir: 

obyektin informasiya sisteminə münasibətinə görə: giriş və çıxış 
göstəriciləri; 

daxil olma mənbəyinə görə: daxili və xarici; 

indikasiyaya görə: hərf, rəqəm və hərf-rəqəm; 

stabilliyə görə: dəyişkən və daimi; 

əks olunma qaydasına görə: mütləq və nisbi; 

işin təşkilinə görə: emal edilən və emal edilməyən. 
Göstəricilərin qaydaya salınmış məcmusu xəbərləri əmələ gətirir. Müxtəlif 
məzmuna malik eyni formalı xəbərlər birləşərək informasiyanın yeni quruluş 
vahidini - massivi yaradır. 
İnformasiya sistemi öz tərkibində müstəqil quruluş vahidləri kimi idarəetmə 
obyektinin funksiyalarına və quruluşuna uyğun olaraq bir sıra informasiya 
altsistemlərini birləşdirir. İnformasiya altsistemlərinin hər biri müəyyən 
informasiya massivlərindən ibarətdir və onların tərkibi altsistemdə həll edilən 
məsələlərdən asılıdır. Kompüterlərdə informasiyanın quruluşu tətbiq edilən xüsusi 
qaydalardan asılıdır, bu da yeni informasiya vahidlərinin baytlar, maşın sözləri, 
sahə və i.a. yaranmasına səbəb olmuşdur. 
İnformasiyanın təşkili avtomatlaşdırılmış sistemlərin tələbləri nəzərə 
alınmaqla müxtəlif prinsiplər və qaydalar əsasında yerinə yetirilir. Bu isə öz 
növbəsində informasiyanın yeni quruluşunun meydana gəlməsinə səbəb olur və 
nəticədə məlumat bazaları, informasiya fondu, məlumatlar kataloqu və lüğəti 
adlandırılan yeni quruluş vahidləri təşəkkül tapır. Avtomatlaşdırılmış sistemlərdə 
tətbiq olunan proqramlaşdırma dillərindən asılı olaraq informasiyanın müvafiq 
quruluş vahidləri olan fayllar, cədvəllər yaranır. 
Massivlər müxtəlif əlamətlərə görə birləşdikdə informasiya axını yaranır. 
İnformasiya axınları isə birləşib informasiya sistemlərini təşkil edir.
İdarəetmə fəaliyyətinin müxtəlif sahələrində informasiyanın özünəməxsus 
quruluş vahidlərindən istifadə edilməsi nəzərdə tutulur. Buna misal olaraq 
mühasibat və statistika hesabatlarını, istehsal tapşırıqları formalarını, uçot 
sənədlərini və s. göstərmək olar. 
Müasir dövrdə iqtisadi informasiyanın əks etdirilməsində maşın qrafikasının 
rolu da xeyli artmışdır. İstifadəçi ilə fərdi kompüter arasında ünsiyyətin dialoq 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin