İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə26/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   22   23   24   25   26   27   28   29   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
24 
üçün dəqiqliyin əsas üç təsnifat anlayışı məlumdur: real dəqiqlik, əldə edilə bilən 
dəqiqlik, zəruri dəqiqlik. 
Real dəqiqlik ədədin son mövqeyinin qiyməti ilə müəyyən edilir. 
Əldə edilə bilən dəqiqlik dedikdə verilən konkret şəraitdə (sistemin fəaliyyəti 
şəraitində) əldə edilə bilən maksimum dəqiqlik başa düşülür. 
Zəruri dəqiqlik isə göstəricinin funksional təminatı ilə müəyyənləşir. 
İnformasiyanın dürüstlüyü real mövcud olan obyektlərin zəruri dəqiqliklə əks 
etdirilməsidir. Bu anlayışla yanaşı verilənlərin dürüstlüyü anlayışı da işlənir ki, bu 
halda sintaksis aspekt əsas götürülür. Verilənlərin dürüstlüyü dedikdə səhvlərin 
yoxluğu başa düşülür. 
İnformasiyanın qiymətliliyi onun keyfiyyətinin kompleks göstəricisidir. 
Qiymətlilik informasiyanın praqmatik səviyyədə ölçüsüdür. 
 
İQTİSADİ İNFORMASİYA VƏ ONUN İŞLƏNMƏSİ 
 
Son illər iqtisadi informasiya anlayışı geniş yayılmışdır. İdarəetmə sahəsində 
məsələlərin hesablama maşınlarında həll edilməsi sistemlərinin yaradılması 
zamanı ondan xüsusi ilə çox istifadə olunmağa başlanılmışdır. 
Hər cür predmetin maşında işlənməsini (təhlili və ya emalı) informasiya, 
əgər həmin predmet xalq təsərrüfatının idarə edilməsi sahəsi ilə məhdudlaşırsa, 
onda iqtisadi informasiya adlandırmaq əlverişli və məqsədə müvafiqdir. 
Bununla da informasiya, praktiki olaraq əvvəllər mövcud olan tərifdən fərqli 
yeni, spesifik tərif almışdır. 

İnformasiya
” termini çox tutumludur, ondan müxtəlif elm sahələrində 
istifadə olunur və ona müəyyən, özünəməxsus məna verilir. 
İdarə işçiləri özlərinin əmək prosesində müxtəlif məlumatlar (ədədlər, sözlər 
və s.) üzərində əməliyyatlar aparır, onların yığılması və işlənməsi ilə məşğul 
olurlar. 
Buradan belə nəticəyə gəlmək olar ki, xalq təsərrüfatının və onun ayrı-ayrı 
obyektlərinin idarə funksiyalarını həyata keçirmək üçün istifadə olunan 
məlumatların məcmusu 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin